Rusiya və Türkiyə liderləri çərşənbə axşamı Suriyanın şimal-qərbində döyüşlərlə bağlı dərin narahatlıqlarını bildiriblər. Ankara regionda öz hərbi qüvvələrinin müdafiəsi üçün zəruri tədbirlər görməyə hazır olduğu ilə bağlı xəbərdarlıq edib.
Biz öz cənub sərhədlərinin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı Türkiyənin narahatlığını başa düşürük.Vladimir Putin
Rusiya prezidenti Vladimir Putin və onun türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan Moskva ətrafında keçirdikləri danışıqlardan sonra İdlib vilayətində gərginliyin azaldılması üçün birgə işləməyi planlaşdırdıqlarını bəyan ediblər.
"İdlibdə təhlükəsizlik zonasında vəziyyət bizim və türk həmkarlarımızın ciddi narahatlığına səbəb olur" – deyə, Putin Ərdoğanla keçirdiyi birgə mətbuat konfransında bildirib.
"Biz öz cənub sərhədlərinin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı Türkiyənin narahatlığını başa düşürük. Hesab edirik ki, bu, respublikanın qanuni maraqlarıdır", Putin əlavə edib.
Rusiya prezidenti iki liderin İdlibdə vəziyyətin "normallaşdırılması" üçün birgə tədbirlər haqda razılığa gəldiyini qeyd edib ki, lakin məhz hansı tədbirlərdən söhbət getdiyini dəqiqləşdirməyib.
İdlibdə vəziyyət o qədər mürəkkəbdir ki, hazırda qoşunlarımız təhlükədədir.Rəcəb Tayyib Ərdoğan
Rusiyanın dəstəyi ilə bir neçə aydır kütləvi bombardmanlardan sonra Suriya prezidenti Bəşar Əsəd qüvvələri avqustda Suriyanın hökumətin nəzarət etmədiyi sonuncu böyük vilayəti olan İdlibdə hücuma başlayıb.
Əsəd rejiminə qarşı mübarizədə bəzi üsyançı qruplaşmaları dəstəklədiyən Türkiyə hərbi qüvvələri krçən il Rusiya ilə əldə edilmiş razılıq çərçivəsində bufer zonasının təmin edilməsi məqsədilə İdlibdə yerləşdirilib.
"İdlibdə vəziyyət o qədər mürəkkəbdir ki, hazırda qoşunlarımız təhlükədədir" - deyə, Ərdoğan bildirib.
"Biz bunun davam etməsini istəmirik. Bütün lazımi tədbirlər müvafiq şəkildə görüləcək", o əlavə edib.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Moskvaya bir günlük səfəri zamanı MAKS-2019 Beynəlxalq Aero-Kosmik sərginin açılışı mərasimində iştirak edib. Putin sərgidə Rusiya istehsalı olan Su-57 hərbi təyyarəsini Ərdoğana nümayiş etdirib.