Accessibility links

Putin: Yeni silahların xarici ekvivalenti yoxdur


Rusiya prezidenti Vladimir Putin Rusiya Müdafiə Nazirliyində yüksək səviyyəli hərbi rəsmilər qarşısında nitq söyləyir, 18 dekabr, 2018.
Rusiya prezidenti Vladimir Putin Rusiya Müdafiə Nazirliyində yüksək səviyyəli hərbi rəsmilər qarşısında nitq söyləyir, 18 dekabr, 2018.

Rusiya prezidenti Vladimir Putin bildirib ki, Rusiyanın yeni silahlarının xarici ölkələrdə heç bir ekvivalenti yoxdur. O əlavə edib ki, yeni silahlar Rusiyanın qarşıdan gələn on illər ərzində təhlükəsizliyinin təmin olunmasına xidmət edəcək.

Putin bu açıqlamaları çərşənbə axşamı günü Moskvada yüksək rütbəli hərbi rəsmilərlə görüş zamanı verib.

Rusiya Müdafiə Nazirliyinin təqdim etdiyi bu fotoda “Kinjal” supersonik raket daşıyan Rusiya hərbi qüvvələrinə məxsus MiG-31 döyüş təyyarəsi uçuşa hazırlaşır, 11 mart, 2018.
Rusiya Müdafiə Nazirliyinin təqdim etdiyi bu fotoda “Kinjal” supersonik raket daşıyan Rusiya hərbi qüvvələrinə məxsus MiG-31 döyüş təyyarəsi uçuşa hazırlaşır, 11 mart, 2018.

O, “Kinjal” supersonik raket və “Avanqard” supersonik raket sistemini xüsusi olaraq qeyd edib. Putin bu raketlərin Rusiyanın hərbi qabiliyyətini əhəmiyyətli dərəcədə artıracağını bildirib.

“Kinjal” supersonik raketləri artıq Rusiya hərbi qüvvələri tərəfindən istismara verilib. Rusiyanın müdafiə naziri Sergey Şoyqu raket daşıyan təyyarələrin bu il artıq 89 dəfə patrul missiyaları yerinə yetirdiyini deyib.

Rusiya prezidenti Vladimir Putin və müdafiə naziri Sergey Şoyqu
Rusiya prezidenti Vladimir Putin və müdafiə naziri Sergey Şoyqu

Şoyqunun bildirdiyinə görə, “Avanqard” supersonik raket sistemi gələn il hərbi qüvvələrin ixtiyarına veriləcək.

Putin Rusiyanın ABŞ-ın 1987-ci ildə imzalanmış orta mənzilli raketlərin ixtisarına dair müqavilədən çıxması planlarına cavab verməli olduğunu bildirib. O, Vaşinqtonun Rusiyanın müqavilənin şərtlərini pozduğu haqda iddialarını təkrar olaraq qəti şəkildə rədd edib və ABŞ-ı müqavilənin pozulmasında günahlandırıb.

XS
SM
MD
LG