Rusiya prezidenti Vladimir Putinin Azərbaycan və Ermənistan prezidentləri ilə telefon danışığı olub.
APA agentliyi bu məlumatı Kremlin mətbuat xidmətinə istinadən yayıb.
Məlumatda deyilir ki, Putin həmkarları ilə Dağlıq Qarabağdakı vəziyyəti müzakirə edib.
Rusiya prezidenti çoxsaylı insan itkisi ilə nəticələnən genişmiqyaslı hərbi qarşıdurma ilə əlaqədar ciddi narahatçılıq keçirdiyi söyləyib. O, hər iki tərəfi təcili şəkildə hərbi əməliyyatları tam dayandırmağa və atəşkəs rejiminə əməl etməyə çağırıb.
Qeyd olunub ki, Rusiya vəziyyətin normallaşması üçün vasitəçilik addımları həyata keçirir, bundan sonra da keçirəcək.
Bundan başqa, ATƏT-in Minsk Qrupunun vasitəçiliyi ilə Bakı və İrəvanla danışıqlar prosesinin bərpa olunmasının vacibliyi vurğulanıb.