Accessibility links

Putinin dostu yeni aeroport tikir


BBC-nin rus xidmətinə istinadən verdiyi məlumata görə, Rusiya prezidenti Vladimir Putinin yaxın dostu adlandırdığı Qennadi Timçenkonun “Stroytransqaz” şirkəti Solovets adalarındakı hava limanının 2,6 milyard rubl dəyərində təmiri ilə bağlı müqavilə əldə edib.

Müsabiqənin nəticələri noyabrın 15-də yekunlaşıb və "Stroytransgaz" şirkəti tək iştirakçı olub. Layihə Arxanqelsk vilayətinin büdcəsindən maliyyələşdiriləcək.

Müqaviləyə əsasən şirkət uçuş-eniş zolağını rekonstruksiya edəcək və hava limanının hazırki üçmərtəbəli taxta binasını yenidən quracaq.

İlk öncə uçuş-eniş zolağının uzadılması planlaşdırılırdı, lakin Rusiya Pravoslav Kilsəsinin patriarxı Kiril buna qarşı çıxıb. Onun sözlərinə görə, bu, hava limanının daha çox təyyarə qəbul etməsinə səbəb olacaq və Böyük Solovets adasının ekologiya və mədəniyyətinə təsir edəcək. Hava limanı Solovets monastırının bir neçə yüz metrliyində yerləşir.

Bütün əsas işlər aprel ayında Rusiya prezidentinin sərəncamı ilə Solovets arxipelaqının qorunması və inkişaf etdirilməsi üçün yaradılmış fond tərəfindən təşkil olunacaq. Vladimir Putin tez-tez o yerlərə səfər edir. Timçenko Valaam monastırına əsas ianə verənlərdəndir.

Forbes jurnalı Qennadi Timçenkonu “qoszakaz kralları” siyahısına əlavə edib. 2018-ci ildə onun şirkətləri 36 milyard rubl dəyərində müqavilələr imzalayıb. “Stroytransqaz”a bu məbləğın yarısı aiddir. Əsas sifarişçilər “Qazprom” və Federal Yol Agentliyi “Rosavtodor”dur.

XS
SM
MD
LG