Accessibility links

Putinin yeni qərarlarının məqsədi nədir?


Vladimir Putin

Rusiya prezidenti Vladimir Putin 2011-ci ildə olduğu kimi, hakimiyyətini uzatmaq planlarını açıqlamaq əvəzinə Rusiya parlamentinə daha çox səlahiyyət verəcək konstitusiya düzəlişləri irəli sürüb.

Putin bunu “fait accompli” (baş vermis fakt) kimi təqdim etmək əvəzinə, insanların səsvermə yolu ilə qərarlar verməli olduqlarını söyləyib.

Bunun ardınca isə gözlənilmədən tez bir zamanda Rusiya hökümətində dəyişikliklər edərək heç bir siyasi məqsədi olmayan az tanınan rəsmini baş nazir təyin edib.

Bir çoxları Putinin bu addımlarını 2024-cü ildə bitən prezidentlik dövründən sonra da hakimiyyətdə qala bilmək üçün strategiya adlandırır. Onun baş nazir və ya Dövlət Şurasının başçısı kimi hakimiyyətdə qalmasına icazə verəcək konstitusiya islahatları belə görünür ictimaiyyətin qəzəbinə səbəb olmayıb.

Mixail Mişustin
Mixail Mişustin

Bundan əlavə Rusiyanın baş naziri Dmitri Medvedevin istefası da qəzəblə qarşılanmayıb. Putin onu tez bir zamanda az tanınan vergi idarəsi rəhbəri Mixail Mişustinlə əvəzləyib.

Bundan sonra bir neçə etiraz çağırışı olub: Bir müxalifət tərəfdarı insanları onun şənbə günü prezident administrasiyası binasının önündə tək nəfərlik piketinə qoşulmağa çağırıb. Bir digəri isə etirazçıları şənbə günü “konsitusion çevrilişə” qarşı çıxmağa çağırıb.

Bu, 2011-2012-ci illərdə baş verənlərdən fərqlidir. O zaman Putinin prezidentliyə geri dönmək səyləri rusiyalıların liberallaşma ümidlərinə son qoymuş, Moskvada kütləvi etirazlara səbəb olmuşdu.

Putin çərşənbə günü çıxışında konstitusiyaya düzəliş planını demokratiyanı yaxşılaşdırmaq yolu kimi təqdim edib, qanunvericilərin baş naziri və kabinet üzvlərini seçmək imkanının olacağını söyləyərək, prezidentin səlahiyyətlərinin məhdudlaşdırılacağına işarə edib.

Putin həmçinin deyib ki, konstitusiya Dövlət Şurasına daha böyük rol verə bilər. Dövlət Şurası regional qubernatorlar və federal rəsmilərdən ibarət qeyri-müəyyən məşvərətçi qurumdur. Bu isə Putinin həmin qurumda idarəçi roluna keçməyi planlaşdırdığına işarə edib.

O həmçinin Rusiya qanunlarına üstünlük verilməsinə çağırıb. Belə ki, bundan sonra Avropa İnsan Haqları Məhkəməsinin Moskvanın qarşı çıxdığı qərarlar vermək səlahiyyəti olmayacaq.

Bütün bunlar “vətəndaş cəmiyyətinin, siyasi partiyaların və regionların dövlətimizin inkişafı ilə bağlı mühüm qərarların verilməsindəki rolunu gücləndirəcək” Putin cümə axşamı qanunvericilərlə düzəlişləri müzakirə edərkən bildirib.

Hökümət rəsmiləri və şərhçilər yeni baş nazir Mişustini Rusiyanın durğun iqtisadiyyatını böhrandan çıxarmağa yardım edəcək maliyyə sahəsində təcrübəsi olan “effektiv menecer” adlandırarıb.

Bir çox rusiyalı bunu təkmilləşdirilmiş siyasi plan əvəzinə müsbət dəyişiklik olaraq görür. Cümə günü Rusiyanın dövlət tərəfindən maliyyələşdirilən VTsIOM sorğu təşkilatının apardığı rəy sorğusunun nəticəsinə görə, iştirakçıların 45 faizi bu dəyişiklikləri Putinin mövcud güc strukturunu dəyişmək istəyi kimi görür.

Alekse Navalnı
Alekse Navalnı

Lakin Aleksey Navalnı kimi müxalifət liderləri deyib ki, bu dəyişikliklər insanların istədiyi dəyişikliklər deyil. Navalnı Twitter-də yazıb ki, Putin “ömrü boyu tək lider” olaraq qalmaq və Rusiyanı özü ilə tərəfdarları arasında bölünmüş “mülkiyyət” kimi idarə etmək istəyir.

Navalnının müttəfiqi Lyubov Sobol da deyib ki, bu dəyişikliklər Rusiyanın gerçək istəklərini əks etdirmir.

"İnsanlar korrupsiyaya son qoyulmasını tələb edir, insanlar yaşayış şəraitlərinin yaxşılaşmasını tələb edir. Onlar səhiyyə sistemində islahat tələb edir, onlar pensiya islahatından narahatdır. Bu tələblərin heç biri qarşılanmır”, Sobol bildirib.

XS
SM
MD
LG