Accessibility links

Putinin yeni baş nazirinin bacısının milyonlarla dollarlıq əmlakından xəbər verilir


Mixail Mişustin və Vladimir Putin

Rusiyanın yeni baş naziri Mixail Mişustinin 49 yaşlı bacısı Natalia Steninanın Moskvada və Moskva ətrafında ümumi dəyəri 1 milyard rubldan (16 milyon dollar) çox olan daşınmaz əmlakının olduğu üzə çıxıb.

Bu barədə məlumatı Federal Vergi Xidmətinin qapalı məlumatlarına istinadən BBC-nin Rus xidməti verib.

Stenina Moskvanın mərkəzində Knightsbridge Private Park yaşayış kompleksində sahəsi 170 kvadratmetr olan mənzilin sahibidir.

BBC-nin təxminlərinə görə, bu mənzilin qiyməti 180 milyon rubldur (3 milyon dollar). Mənzilin sahibi kimi “Rusiya Federasiyası” göstərilib.

Bundan başqa xanım Stenina Ağalarov yaşayış komleksində elit daşınmaz əmlaka malikdir.

Rusiya antikorrupsiya fondunun məlumatına görə, bu daşınmaz əmlak Natalia Steninanın adına qeydiyyatdan keçirilib.

Rəsmi sənədlərdə “Rusiya Federasiyasının” əmlakı kimi göstərilən bu mülkün qiyməti 370 milyon rubldur (6 milyon dollar).

Bundan əvvəl Rusiyanın “Açıq media” saytı xəbər verirdi ki, Mişustinin ailəsi Nikola dağı adlanan ərazidə ümumi dəyəri 1,5 milyard rubl olan 2,6 hektar torpaq sahəsinə malikdir.

Bu torpaqda Steninanın payı 1,3 hektardır.

Rusiya dövlət reyestrində sahibin kimliyi gizlədilir, amma antikorrupsiya fondunun məlumatına görə bu torpağın rəsmi sahibi Steninadır.

Bu da xəbər verilir ki, Natalia Stenina öz partnyorları ilə birlikdə Moskvanın “Tverskoy bulvarında” yerləşən binanın sahibidirlər.

Bu binada əvvəllər “Nedalniy Vostok” restoranı yerləşib.

Bu biznesdə Steninanın payı 140 milyon rubldur.

Putinin yeni baş nazirinin bacısı əvvəllər bu restoranda 25 faizə malik olub.

2019-cu ildə restoran bağlanıb.

(c) AzadlıqRadiosu

XS
SM
MD
LG