Accessibility links

Vladimir Putin ABŞ-ın Rusiya rəsmilərinə qarşı sanksiyalar qərarını tənqid edib


Rusiya prezidenti Vladimir Putin ABŞ-ın Rusiya rəsmilərinə qarşı sanksiyalar qərarını tənqid edib. Putin insan hüquqları pozuntularına görə sanksiyaları nəzərdə tututan Maqnitski qanunu siyasətləşdirilmiş addım adlandıraraq, onun ABŞ-Rusiya münasibətlərinə ziyan vurduğunu deyib. Rusiyanın dövlət başçısı bu ölçüyə lazımi cavab veriləcəyinə söz verib.

Eyni zamanda Rusiya qanunvericiləri ABŞ Konqresinin Maqnitski qanununa rəsmi bəyanatla cavab verməyə hazırlaşır. Onlar qanunları pozan bəzi Amerika vətəndaşlarına qarşı cəza tədbiqlərini nəzərdən keçirməlidir.

“Sergey Maqnitski-qanunun aliyiyi və məsuliyyət” adlı qanun layihəsi 2009-cu ildə vəkil Sergey Maqnitskinin həbsxanada ölümü ilə bilavasitə əlaqəsi olan Rusiya rəsmilərinə qarşı sanksiyalar tətbiq edilməsini nəzərdə tutur.

Qanun layihəsinə əsasən Maqnitskinin həbsi və ölümündə əlaqəsi olan Rusiya rəsmilərinə viza verilməsi qadağan edilir və onların ABŞ-dakı hesabları dondurulur.
XS
SM
MD
LG