Accessibility links

Şimali Koreya artilleriya təlimlərinə başlayıb


Şimali Koreyanın dövlət mətbuatı bildirir ki, lider Kim Con Un dəniz sərhədi yaxınlığında keçirilən artilleriya təlimlərini izləyib. Bu, Pxenyanın Koreya yarımadasında gərginliyi artımasına növbəti işarə sayıla bilər.

Koreya Mərkəzi Xəbər Agentliyi bildirib ki, cənab Kim artilleriya qoşunlarının Sarı Dənizdə, iki adada `təsviri düşmən mövqelərini` hədəf almasını izləyib. Məlumatda təlimin dəqiq tarixi barədə heç nə deyilmir.

Ötən həftə BMT nüvə sınaqları keçirdiyinə görə Şimali Koreyaya sanksiyalar tətbiq etdikdən sonra Şimali Koreya Birləşmiş Ştatlara qarşı nüvə müharibəsinə başlayacağı ilə təhdid edib və Cənubi Koreyaya qarşı hədələyici cəhtlər göstərib.

Ekspertlər Şimali Koreyanın ABŞ-a nüvə hücumu etməyə qadir olmadığını deyirlər.

Lakin Şimali Koreyanın cənub sərhədi yaxınlığındakı mübahisəli ərazilərə hücum etməsi nəzəri baxımdan mümkündür. Ötən illərdə bu ərazilərdə bir neçə dəfə ölümlə nəticələnən münaqişələr baş verib.
XS
SM
MD
LG