Accessibility links

Amerikalı yetkinlərin yarısından çoxu ABŞ ordusunun Əfqanıstandan çıxarılmasını alqışlayır


Pew Araşdırma Mərkəzinin bildirdiyinə görə, amerikalı yetkinlərin yarısından çoxu, yəni 54 faizi 20 illik müharibədən sonra ABŞ qoşunlarının Əfqanıstandan çıxarılmağın "doğru qərar" olduğuna inanır.

Sorğuda iştirak edən 18 yaşdan yuxarı respondentlərin təxminən 42% -i geri çəkilmə qərarının "səhv" olduğunu deyib.

Sorğu avqustun 23-29 tarixlərində, ordunun çıxarılması başa çatmamış keçirilib. Respondentlərin 69%-i ABŞ-ın Əfqanıstanda məqsədinə çatmadığını bildirib.

Sorğuda iştirak edənlərdən təxminən dörddə birinin, 26%-nin dediyinə görə, Bayden administrasiyası Əfqanıstandakı vəziyyəti "əla" və ya "yaxşı" idarə edib. 29 faizi idarəetmənin "kafi", 42%-i isə zəif iş gördüyünü deyib.

ABŞ prezidenti Co Bayden Birləşmiş Ştatlar ordusunun Əfqanıstandan çıxarılmasının başa çatmasından sonra, çərşənbə axşamı Amerika xalqına müraciət edib.

Bayden "Dünən Kabildə Amerika Birləşmiş Ştatları Amerika tarixinin ən uzun müharibəsinə son qoydu" deyib.

Bayden Kabildə xidməti vəzifəsini yerinə yetirərkən həlak olan ABŞ hərbçilərinin fədakarlığını bir daha vurğulayıb.

Prezident Amerika hərbçilərinin sayəsində Əfqanıstandan 124 mindən çox insanın təxliyə edildiyini deyib.

ABŞ prezidenti Birləşmiş Ştatların Əfqanıstan kampaniyasına başlamasından fərqli olaraq, hazırda terror təhlükəsinin mütləq Əfqanıstanla əlaqəli olmadığını bildirib. O, İŞİD militantlarının fəaliyyətini davam etdirdiyi Yəmən və Somali kimi ölkələri qeyd edib. Bayden bu problemin hələ də həll edilmədiyini vurğulayıb.

XS
SM
MD
LG