Accessibility links

Qərb dövlətlərində koronavirusa qarşı vaksinasiyaya münasibət müxtəlifdir


Qərb dövlətlərində koronavirusa qarşı vaksinasiyaya münasibət müxtəlifdir
please wait

No media source currently available

0:00 0:02:55 0:00

Pyu Araşdırmalar Mərkəzinin apardığı rəy sorğularının nəticələrinə görə, Qərb hökumətlərinin koronavirus pandemiyasını necə idarə etdikləri barədə ictimaiyyət arasında fikirlər müxtəlifdir. Sorğu zamanı insanlardan məcburi vaksinasiyaya münasibətləri də öyrənilib.

Avropada və ABŞ-da pandemiyanın toxunmadığı sahə çox azdır. İnsan sağlamlığına vurulan zərər bəzən çox böyük olub. İqtisadiyyatlar bağlanıb. Sosial həyat donub.

Ancaq ABŞ-da yerləşən Pyu Araşdırmalar Mərkəzinin apardığı rəy sorğusuna əsasən, Qərb hökumətlərinin pandemiyanı nə qədər yaxşı idarə etdiyinə dair çox fərqli fikirlər mövcuddur. Kat Devlin: “Almaniyada məsələn, əhalinin 77%-i bu günə qədər ölkənin koronavirusla mübarizənin öhdəsindən yaxşı gəldiyini düşünür. Sorğuda digər üç ölkədə - Böyük Britaniya, ABŞ və Fransada fikirlər bir az müxtəlifdir. Məsələn, ABŞ-da 58% ölkənin pandemiyanın öhdəsindən pis gəldiyinə inanır.”

Tədqiqat 2020-ci ilin noyabr və dekabr aylarında, ABŞ prezidenti Co Baydenin yanvar ayında vəzifəyə başlamasından əvvəl, ABŞ və Britaniyada peyvənd proqramlarına başlandığı vaxt aparılıb.

Avropa İttifaqı peyvənd proqramlarının həyata keçirilməsinə ləng başlayıb. Parisdəki bu klinikada gecikmələrə görə narahatlıq var. “Səfərbər olmuşuq. Həssas insanları qəbul etməyə hazırıq, lakin peyvəndimiz yoxdur. Budur, tam təchiz olunmuş bir mərkəzdəyik, amma boş bir mərkəzdəyik və buna görə də qəzəbliyik.”

Fransa və digər Avropa İttifaqı ölkələri ictimaiyyətin etibarını itirmək qorxusu ilə peyvəndin təsdiqləməsində tələsməyin vacib olmadığını iddia edirdi.

Fransa dünyada peyvəndlə bağlı şübhələrin ən yüksək səviyyədə olan ölkələrdən biridir. Son araşdırmanın nəticələri ölkənin yetkin yaşlı əhalisinin yalnız 40%-dən bir qədər çoxunun peyvənd vurmaq istədiyini göstərib. Prezident Emmanuel Makron bu yaxınlarda məcburi peyvənd çağırışlarını rədd edib.

Pyu respondentlərin məcburi peyvəndə münasibətləri ilə də maraqlanıb. “Bu sualı üç ölkədə verdik və ölkələrin üçündə də insanların çoxu bu fikrin səhv olduğunu düşünür. Məsələn, Fransada əhalinin 75%-i hökumət tərəfindən məcburi peyvənd fikrini qəbul etmir. Britaniya hökumət tərəfindən təsdiqlənmiş peyvənd fikrinin daha çox qəbul edildiyi yeganə ölkə idi - əhalinin 62 faizi bunu uyğun bir təklif hesab edir” - deyə, Kat Devlin bilirir.

Britaniyada peyvənd proqramı sürətlənir və artıq 12 milyondan çox insan ilk dozanı alıb. Britaniya həmçinin Avropada koronavirusdan ən çox ölüm halının qeyd edildiyi ölkədir.

XS
SM
MD
LG