Accessibility links

Qüds səfirliyi yeni qəzəb dalğasına səbəb olub


Qüds səfirliyi yeni qəzəb dalğasına səbəb olub
please wait

No media source currently available

0:00 0:02:08 0:00

Qüds səfirliyi yeni qəzəb dalğasına səbəb olub

ABŞ-ın öz səfirliyini Qüdsə köçürmək qərarı Fələstinlilər üçün Vaşinqtonun bu müqəddəs şəhəri müstəqil Fələstinin paytaxtı kimi qəbul edəcəyi ümidini puç edir. Son qərar isə ikitərəfli münasibətləri daha da pisləşdirməkdədir.

İsraillilər üçün isə bu qərar Vaşinqtonun uzun müddətdir söz verdiyi, nəhayət prezident Trampın yerinə yetirdiyi Qüdsün ayrılmaz paytaxtları olması iddiasını qanuniləşdirir.

İsrail dövlətindəki yeni səfirlik fələstinlilərin Vaşinqtonla birbaşa əlaqə qura bildikləri Qüds konsulluğu ilə birləşir.

İndi isə onların yolları çox insan tərəfindən İsrail lehinə qərəzli olduğu düşünülən ABŞ səfiri Deyvid Fridmandan keçəcək.

Ərəb şərqi üçün Qüdslə bağlı mesaj aydındır. Qəzəb, xəyal qırıqlığı və ümidsizlik.

"Bu Fələstinlilər üçün çox pis xəbərdir. İordan çayının qərb sahilinin Fələstinə aid hissəsindəki konsulluq artıq olmayacaq. Bu o deməkdir ki, iki ölkə, iki paytaxt həll yolu artıq mümkün deyil." - deyə, Beynəlxalq sülh və əməkdaşlıq mərkəzinin nümayəndəsi Rami Nəsrullah bildirib.

Yəhudilər üçün isə Vaşinqtonun bu qərarı siyasi bəyanat olduğu qədər, həm də praktikdir.

"Hesab edirəm ki, bu, dövlət katibi tərəfindən uzun illərdir Fələstin dövləti üçün ayrı bir konsulluğun açılması planlaşdırılan maliyyə və diplomatik islahatın bir hissəsidir." - deyə, Qüds ictimai əlaqələr mərkəzinin nümayəndəsi Dan Daykr bildirib.

Prezident Trampın uzun müddətdir vəd etdiyi sülh planını elan etməsini gözlədikcə hər iki tərəf arasındakı gərginlik daha da artmaqdadır. İsraillilər zəfərlərini qeyd etdiyi, fələstinlilərin hiddətləndiyi bir vaxtda hər iki tərəfin qorxu və gözləntiləri var.

Dünyaya Baxış

Dünyaya Baxış. Tramp Ağ Ev aparat rəhbərinin adını açıqladı
please wait

No media source currently available

0:00 0:10:02 0:00
XS
SM
MD
LG