Accessibility links

Qüdsdə müqəddəs məbəddə qarşıdurma


İsrail rəsmiləri Qüdsdə yəhudilər və müsəlmanların ehtiram bəslədiyi müqəddəs məbədlərin olduğu ərazini bağlayıb. Bu addım həmin ərazidəki polis məntəqəsinə yandırıcı bomba atıldıqdan sonra atılıb.

Çərşənbə günü yəhudilərin “Məbəd Dağı”, müsəlmanların isə Haram Əl-Şərif kimi tanıdıqları bölgədə polislə onlarla fələstinli arasında qarşıdurma olub. Məbədə ibadətə gələn dindarların hamısı evakuasiya edilib. Polis dindarlara və ziyarətçilərə məbədin çərşənbə günü açılacağını bildiriib.

Qüdsdə Qübbətüs-Səhra məscidi
Qüdsdə Qübbətüs-Səhra məscidi

​İsrail polisi həmçinin qeyri-adi bir ölçüyə əl ataraq, Köhnə Şəhərin bütün darvazalarını bağlayıb və oraya yalnız həmin ərazidə yaşayan müsəlman və xristianların daxil olmasına icazə verir.

İnsident Əl-Əqsa məscidi və qızıl günbəzli Qübbətüs-Səhra məscidinin olduğu yerdə gərginliyin artmasına səbəb olub.

Müsəlman dünyasının liderləri məbədin bağlanmasına dərhal təndiqi reaksiya verib.

Fələstinlilərin prezidenti Mahmud Abbas İsrailin bu addımını qınayaraq, bunun "ciddi nəticələri" ola biləcəyi barədə xəbərdarlıq edib.

XS
SM
MD
LG