Accessibility links

Qürbətdəki uyğurlar itkin ailə üzvlərinin taleyindən narahatdır


Uyğur diasporu dünya boyu uyğurların itkin ailə üzvləri barədə məlumat verilməsi üçün Çinə təzyiq göstərməyə çağırır.

Çin hökuməti Sincan vilayətində dini ekstremizmlə mübarizə aparıldığını deyərək, bölgədə ciddi zorakı siyasət yürüdür.

BMT-nin təxminlərinə görə, 1 milyon müsəlman uyğur məcburi çəkildə siyasi maariflərndirmə düşərgələrində saxlanılır. Bu kampaniyanın terrorizm və ekstremizmlə mübarizə çərçivəsində aparıldığı ilə izah edilir.

Pekin rəsmiləri bu ittihamları rədd edərək, ölçülərin islam yaraqlıları və separatistlərə qarşı götürüldüyü bildirir.

Amerikanın Səsi bir neçə uyğurla keçirdiyi müsahibələrdən onların ailə üzvlərinin hələ də düşərgələrdə saxlandığını və onlar haqda məlumat əldə edilmədiyini müəyyən edib.

Onlardan biri-Gülgin Mamut oğlu Pakzatın 2016-cı ildə, 16 yaşında həbs edildiyini deyib. O, hazırda Türkiyədə sığınacaq tapıb.

"Onlar oğlumu Urumçi şəhərinin hava limanında həbs etdilər. Dövlətə qarşı konspirasiya ittihamı ilə ona 13 il həbs cəzası verildi. Urumçi həbsxanasında saxlandıqdan sonra əsir düşərgəsinə yolladılar" - deyə, Mamut bildirib.

Əminə Məhəmmədcan da Türkiyədə sığınacaq alıb. O, itkin qızı- Guher Nicatdan xəbər tutmağa çalışır. Əminə qızının Urumçidə həbs edildiyini deyib.

"Mənə onun həbsdə olduğunu dedilər. Harada, nə müddətə həbs edildiyini bilmirəm. 16 aydır ki, ondan xəbər ala bilmirəm”- deyə, ana Amerikanın Səsinə bildirib.

Məhəmmədcan və Mamut ailələri ilə əlaqərini itirən yeganə qadınlar deyil. Diapor nümayəndələri hətta həbsdə olmayan uyğurların belə Sincanda qala bilmədiklərini, onların kommunikasiyalarının hökumətin ciddi nəzarəti altında olduğunu deyir.

Sincanda baş verənlər beynəlxalq təşkilatlar tərəfindən də təsdiq edilib.

Amnesty International-ın ötən həftə yaydığı hesabata görə, məhbuslar islam dinindən dönməyə məcbur edilir. Sənəddə deyilir ki, imtina edənlər işgəncə və ağır döyülmələrlə üzləşir.

Çinin əsasən səhra və dağlıq bölgəsi olan Sincanda 22 mioyon insan yaşayır. Onların 11 milyonu uyğur və digər türk müsəlman azlıqlarıdır.

Çin hökuməti uzun zamandır uyğurların separatist hərəkatı və Şərqi Türküstan dövlətinin yaradılmasına çalışanlarla mübariz apardığını deyir.

Uyğurlar isə hökuməti hanları regiona yerləşdirməklə demoqrafik dəyişikliklər cəhdində ittiham edir.

XS
SM
MD
LG