Qırğızıstanın sabiq prezidenti Almazbek Atambayevin rəhbərlik etdiyi Sosial Demokrat Partiyası rəsmi olaraq mövcud hökumətə və prezident Sooronbay Jeenbekovun qarşı müxalifətə keçdiyini elan edib. Əvvəllər Jeenbekov və Atambayev məsləkdaş olub və Jeenbekov 2017-ci il prezident seçkilərinə Atambayevin dəstəyi ilə Sosial Demokrat partiyasından namizəd olub.
"SDPK özünü müxalifət elan edib, bu partiyaya höküməti tənqid etməyə və dövlətin inkişafı üçün digər yolları təklif etməyə icazə verir”, partiyanın sözçüsü deyib.
Sosial Demokrat Partiyası Qırğızıstanda ən qədim siyasi partiyalardan biridir, 1993-cü ildə yaradılıb. Atambayev partiyanın qurucularındandır. Lakin indi iki sabiq yoldaş arasında baş verən qarşıdurmalardan sonra partiya bir neçə hissəyə bölünüb: birinə Atambayev başçılıq edir, digər pariya isə parlamentdə olan Sosial Demokrat Partiyasının fraksiyası da daxil olmaqla, indiki prezidentə qismən dəstək verir. Bu ziddiyyətləri həll etməsi üçün partiyanın növbəti qurultayı aprelin 6-na planlaşdırılır.
İki siyasətçi arasındakı əlaqələrin soyuması 2018-ci ilin martında keçirilmiş partiyanın konqresində başlayıb. Atambayev Qırğızıstan prezidentini və onun qardaşını, Parlamentinin deputatı Asilbek Jeenbekovu "ölkədə ailə klanı hakimiyyətini bərpa etmək cəhdi" günahlandırıb.
Bu hadisədən sonra Atambayevin sabiq tərəfdaşlarına qarşı korrupsiya ittihamları ilə cinayət işi açılıb.
Martın 17-də mitinqdə çıxış edərkən Atambayev iqtidarı ailə klanlaşdırmada günahlandırıb.
"Xalq çox şeyə dözə bilər, amma klan rejiminə nə qədər dözəcəyi bəlli deyil. Hər gün Bakiyev (inqilab nəticəsində devrilmiş sabiq prezident) rejiminin yolu ilə gedirik. Bu hakimiyyət daha pisdir. Onlar hamını qorxutmaq üçün həbs edir. Deputatların hamsının şəxsi biznesi var və onlar qorxublar. Amma sadə camaatı qorxuzmaq olmaz”, “24 kg” Qırgızıstan xəbər agentliyi Atambayevin sözlərini sitat gətirib.
Atambayev əvvəllər prezidentlik müddətinin bitməsindən sonra siyasətdən ayrılacağını və "ailə və musiqi" ilə məşğul olacağını bildirib. Ancaq bu yaxınlarda məlum olub ki, o, 2020-ci ilin payızında keçiriləcək parlament seçkilərində iştirak edəcək.