Accessibility links

Qırğızıstanın sabiq prezidenti saxlanılıb


Qırğızıstan təhlükəsizlik qüvvələri sabiq prezident Almazbek Atambayevi həbs edib.

Dövlət Təhlükəsizlik Komitəsi tərəfindən oktyabrın 10-da Atambayevə qarşı görülən tədbir Qırğızıstan paytaxtında gərginliyin ardtığı və hazırkı prezident Sooronbay Jeenbekovun fövqəladə vəziyyət çağırışından sonraya təsadüf edib.

Oktyabrın 4-də keçirilən problemli seçkidən sonra hakimiyyətə gəlmək istəyən rəqib fraksiyalar arasında çıxan toqquşmadan bir gün sonra paytaxt Bişkekdə zirehli hərbi maşınlar görülüb.

6.5 milyon əhalisi ilə keçmiş Sovet ölkələri arasında ən yoxsullarından biri olan Qırğızıstanda son 15 ildə üçüncü dəfədir ki, etirazçılar hakimiyyəti devirir.

İğtişaşlara hökumət tərəfdarı partiyalarının qalib elan olunduğu seçkidə səslərin alındığına və qanun pozuntularının olduğuna dair ittihamlar səbəb olub.

Müxalif partiyalar seçki nəticələtinin qəbul etməyi rədd edib və minlərlə nümayişçi keçələrə axışıb, hökumət binalarını ələ keçirib.

Daha sonra müxalif qruplar kabineti istefa verməyə, seçki komitəsini isə nəticələri ləğv etməyə məcbur edib.

Qanunvericilər oktyabrın 10-da prezident sarayında bir araya gələrək yeni hökuməti formalaşdırmağa və Jeenbekovun vövqəladə vəziyyət sərəncamını tədiq edib-etməməklə bağlı qərar verməyə çalışıblar.

Ötən həftə baş verən çaxnaşma sırasında Jeenbekovdan öncə prezident olan və korrupsiya ittihamları ilə həbsdə olan Atambayev nümayişçilər tərəfindən azadlığa buraxılmışdı.

Bunun ardınca Atambayev Jeenbekovu istefaya çağırmışdı. Jeenbekov isə yeni kabinet təyin olunandan sonra vəzifədən gedəcəyini bildirmişdi.

Oktyabrın 9-da Atambayevin tərəfdarları rəqib siyasətçi Tilek Toktogaziyevi dəstəkləyən qrup arasında qarşıdurma yaşandı. Toktogaziyev baş nazirin müavini vəzifəsinə namizəddir. Həmin toqquşma nəticəsində Toktogaziyev özü daxil olmaqla beş nəfər xəsarət alıb.

Dövlət Təhlükəsizlik Xidməti oktyabrın 10-da verdiyi açıqlamada Atambayev və onun iki yardımçısının kütləvi iğtişaşa çağırış etmək ittihamı ilə saxlanıldığını bildirib.

Bir digər rəqib siyasətçi Sadir Japarov da həbsxanadan buraxılandan sonra müvəqqəti baş nazir vəzifəsinə namizəd kimi göstərilib. O daha öncə hökumətin yüksək vəzifəli üzvü və bir digər sabiq prezident Kurmanbek Bakievin müşaviri vəzifəsində çalışıb.

XS
SM
MD
LG