Accessibility links

Qırğızıstanın yeni baş naziri təyin olundu


Qırğızıstanın prezidenti Sooronbay Jeenbekov şənbə günü hakimiyyətini güclədirib. Belə ki, o, yüksək səviyyəli təhlükəsizlik rəsmilərini vəzifədən azad edərək, onarın yerinə yeni rəsmilə təyin edib və əsas rəqibi olan eks-prezident Almazbek Atambayevin saxlanmasına göstəriş verib.

Prezidentin parlamentdəki müttəfiqləri yeni baş nazir seçərək, ölkəni Rusiyanın yaxın müttəfiqi olan Qırğısıztanın siyasi xərc-mərclik adlandırdığı vəziyyətdən çıxarmağa doğru atıblar.

Rusiyanın hərbi bazasının yerləşdiyi və qonşu Çinlə ticarət mərkəzi kimi xidmət göstərən Qırğızıstanda oktyabrın 4-də keçirilən və nəticələri daha sonra ləğv edilən mübahisəli seçkilərdən bəri iğtişaşlar yaşanır.

Qanunvericilər baş nazir vəzifəsinə yeganə namizəd olan 51 yaşlı Sadir Japarovu seçiblər. Bəzi müxalif fraksiyalar onu Jeenbekovla müttəfiq olmaqda ittiham edir.

Jeenbekov ölkədə baş verən zorakılıqların ardınca cümə günü qoşunların yerləşdirilməsinə və nizam-intizamın bərpa edilməsinə göstəriş verib və paytaxt Bişkek boyu hərbi nəzarət-buraxılış məntəqələi quraşdırılıb.

Jeenbekov onun rəqiblərini dəstəkləyən və ya müxalifət çərşənbə axşamı hakimiyyəti ələ keçirdiyini deyən zaman müdaxilə etməyən təhlükəsizlik şurasının yüksək səviyyəli üzvlərini işdən çıxarıb.

İsteblişment partiyalarının qələbə çaldıqlarını iddia etdikləri seçkinin ardınca bazar ertəsi başlayan toqquşmalar nəticəsində 1200-dən çox insan yaralanıb, bir nəfər ölüb.

Etirazçılar parlament binasını talan etdikləri üçün qanunvericilər şənvə günü Japarov üzərinə səsvermə keçirmək üçün Bişkek yaxınlığında yerləşən prezident iqamətgahında görüşüblər.

Japarov daha öncə 2011-ci ildə Atambayevdən öncə prezident olmuş Kurmanbek Bakiyevin müşaviri vəzifəsində çalışıb.

Japarov baş nazir təyin olunmadan öncə yeni prezident və parlament seçkiləri keçirilmədən əvvəl konstitusiya islahatlarına çağırıb.

O, parlamentə bildirib ki, Jeenbekov ona yeni kabinet təsdiq olunandan sonra istefa verəcəyini deyib.

Japarovun namizədliyi üzərində səsvermədən öncə spiker Mıktıbek Abdıldayev istefaya verib. Bu isə o deməkdir ki, Jeenbekov da istefa vermsə, prezident vəzifəsini Japarov icra edəcək.

Dünyaya Baxış

Dünyaya Baxış. Meksika vəd etdiyi 10 000 əsgərin ilk qrupunu ABŞ-la sərhədə yerləşdirib
please wait

No media source currently available

0:00 0:10:34 0:00

Amerika İcmalı

Amerika İcmalı. Vaşinqton səmasında qəza. ABŞ-Azərbaycan münasibətlərinin perspektivləri.
please wait

No media source currently available

0:00 0:30:10 0:00
XS
SM
MD
LG