Qırğızıstan prezidenti Suronbay Jeenbekov cümə günü paytaxt Bişkekdə fövqəladə vəziyyət elan edib və orduya rəqib siyasi qrupların tərəfdarlarının küçələrdə yaratdığı iğtişaşlara son qoymağı əmr edib.
Reuters xəbər agentliyinin ölkənin paytaxtda olan bir jurnalistin silah səsləri eşidildiyini və rəqib qrupların tərəfdarlarının bir-birlərinə daş və butulka atdığını, bir müxalif siyasətçinin yaralandığını bildirib.
Jeenbekov ofisinin açıqlamasında cümə günündən etibarən komendant saatı və sərt təhlükəsizlik məhdudiyyətləri daxil olmaqla, fövqəladə vəziyyətin axşam saat 8-dən səhər 8-dək qüvvədə olacağı və oktyabrın 21-dək davam edəcəyi bildirilib.
Prezidentin əmrində şəhərə nə qədər əsgəri qüvvə yerləşdiriləcəyi deyilməyib, lakin orduya “vəziyyəti nəzarətdə saxlamaq” hərbi maşınlardan istifadə etmək, nəzarət məntəqələri qurmaq və silahlı toqquşmaların qarşısını almaq tapşırılıb.
Bundan əvvəl prezident istefaya yeni kabinet qurduqdan sonra gedəcəyini demişdi.
Ölkədə hakimiyyət boşluğu yaşanır. Belə ki, müxalifət qrupları hökumət binalarını ələ keçitdiklərindən və saxtalaşdırıldığı dedikləri bazar günü keçirilən parlament seçkilərinin nəticələrini ləğv etməyə məcbur olduqlarından bəri öz aralarında mübahisə edir.
İki aparıcı müxalifət nümayəndəsi cümə günü güclərini birləşdirmək barədə razılığa gələrək, Jeenbekovun sələfi prezident Almazbek Atambayevin dəstəyini qazanıb. Ancaq siyasətçilərrin dediyinə görə, onların və digər qrupların tərəfdarları zorakılıq təhlükəsi yaradaraq əks nümayişlər keçirib.
Rusiya hərbi bazasının yerləşdiyi və Çinlə həmsərhəd olan Qırğızıstandakı vəziyyət “qarışıqlıq və xaos” olaraq xarakterizə edilib.