Accessibility links

Qırğızıstan parlamenti təkrar səsvermədə Japarovu baş nazir təyin edib


Qırğızıstan parlamenti çərşənbə günü keçirilən təkrar səsvermədə millətçi siyasətçi Sadır Japarovu baş nazir elan edib. Bu, Rusiya ilə yaxın müttəfiq əlaqələri olan Orta Asiya ölkəsindəki siyasi böhrana son qoyulması istiqamətində atılmış addım hesab edilir.

Kremlin yüksək səviyyəli rəsmisi Rusiyanın hərbi hava bazası və Kanadaya məxsus böyük bir qızıl mədəninin yerləşdiyi keçmiş Sovet respublikasının yerli liderlərinə böhranlı vəziyyətdən çıxmağa yardım üçün Qırğızıstanın paytaxtı Bişkeki ziyarət edib.

Prezident Sooronbay Jeenbekovun oktyabrın 10-da əvvəlki qərara veto qoymasından sonra parlament Japarovun baş nazir vəzifəsinə təyinatı ilə bağlı yenidən səs verməli olub.

Japarov tərəfdarları onu həbsxanadan keçən həftə parlament seçkilərində Jeenbekovun müttəfiqlərinin qələbəsinin elan edilməsindən sonra baş qaldıran etirazlar zamanı azad edib. Səsvermənin nəticələri oktyabrın 6-da etirazçıların hökumət binalarını ələ keçirməsindən sonra ləğv edilib.

Japarov 2013-cü ildə keçirilən etiraz aksiyası zamanı yüksək vəzifəli dövlət məmurunu girov götürmək ittihamı ilə uzun müddətli həbs cəzasını çəkirdi. Keçən həftə məhkəmə onun işinə yenidən baxıb və hökmü ləğv edib.

Japarovun baş nazir olması üçün parlament seçkilərini təsdiqləməsi üçün Jeenbekova ehtiyacı var. Jeenbekov yeni kabinetin qanuni təşkil edilməsindən sonra istefaya germəyə hazır olduğunu deyib.

6,5 milyon əhalisi olan Qırğızıstan hazırda fövqəladə vəziyyət şəraitindədir. Lakin Japarovun bir neçə yüz tərəfdarı mitinqlərin keçirilməsinin qadağan edilməsinə baxmayaraq, Bişkekin mərkəzinə toplaşaraq, prezidentin istefasını və parlamentin özünü buraxmasını tələb edib.

XS
SM
MD
LG