Accessibility links

Qırğızıstan prezidenti istefa verib


Mübahisəli seçkilərin nəticələrinə görə 10 gün davam etirazlardan sonra təhlükəsizlik qüvvələri ilə pezidentin vəzifəsindən getməsini tələb edən nümayişçilər arasında qarşıdurmaların qarşısını almaq istədiyini deyən Qırğızıstan prezidenti Sooronba Jeenbekov cümə axşamı istefa verib.

Qırğızıstan oktyabr ayının 4-dən Jeenbekovun müttəfiqlərinin müxalifətin rədd etdiyi parlament seçkilərində qələbə elan etməsindən sonra xaos içərisindədir.

Müxalifət tərəfdarları küçələrə çıxıb hökumət binalarını ələ keçirtdikdən sonra rəsmilər səsvermənin nəticələrini ləğv etməli olub. Jeenbekov keçən həftə istefa verəcəyini desə də, bu həftə yeni seçkilər keçirilənədək vəzifəsində qalacağını bəyan edib.

Çərşənbə günü Jeenbekov parlamentin keçən həftə tərəfdarları tərəfindən həbsdən azad edilən millətçi Sadır Japarovun baş nazir seçilməsini qəbul edib. Qırğızıstanın hazırda fövqəladə vəziyyət şəraitində olmasına baxmayaraq, Japarovun bir neçə yüz tərəfdarı mitinqlərin keçirilməsinin qadağan edilməsinə baxmayaraq, Bişkekin mərkəzinə toplaşaraq, prezidentin istefasını və parlamentin özünü buraxmasını tələb edib.

Japarov 2013-cü ildə keçirilən etiraz aksiyası zamanı yüksək vəzifəli dövlət məmurunu girov götürmək ittihamı ilə uzun müddətli həbs cəzası çəkirdi. Keçən həftə məhkəmə onun işinə yenidən baxıb və hökmü ləğv edib.

Çinlə həmsərhəd, Orta Asiyanın kiçik keçmiş Sovet respublikası olan Qırğızıstanda illərdir siyasi böhran yaşanır. Jeenbekov 2005-ci ildən bəri xalqın üsyanında devrilən üçüncü prezidentdir.

XS
SM
MD
LG