Accessibility links

Qırmızı Kxmerlər soyqırım törətməkdə günahkar tanınıb


Beynəlxalq tribunal Kambocanın məşhur Qırmızı Kxmerlər hərəkatının iki yaşlı liderini qrup 1970-cı illərdə Kambocanı idarə edərkən soyqırım törətməkdə günahkar tanıyıb.

92 yaşlı Nuon Çea və 87 yaşlı sabiq prezident Kxiey Samphan cümə günü BMT-nin dəstəklədiyi rəsmi olaraq Kamboca Məhkəmələrinin Fövqəladə Palatalar adı ilə tanınan tribunal tərəfindən insanlığa qarşı cinayət törətməkdə gühankar tanınıb.

Qırmızı Kxmerlərin sonuncu həyatda olan iki lideri insanlığa qarşı cinayət və genosid ittihamları ilə məhkum olunub.

Onlara qarşı sürülən ittihamlar arasında siyasi, dini və irqi zəmində qətl, sui-qəsd, quldurluq, işgəncə və zülm həyata keçirmək kimi ittihamlar yer alır. Onların qurbanları arasında isə Vyetnam və Çan etnik qruplarına mənsub insanlar olub.

Başqa iki nəfər isə zorakı köçürmələr və insanların kütləvi halda yoxa çıxmalarına dair ittihamlarla artıq ömürlük həbs cəzası çəkir.

Çea və Samphan özlərini "siyasi təqibin" qurbanları hesab etdiklərini deyiblər.

Radikal kommunistlər 1975-79-cu illər arasında milyon yarımdan çox adamı utopik ideyalar amacında kütləvi şəkildə qırıblar. Kamboca paytaxtında qurbanların şərəfinə inşa edilən muzeydə Qırmızı Kxmerlərin insanlığa qarşı cinayətləri sənədləşdirilib.
Radikal kommunistlər 1975-79-cu illər arasında milyon yarımdan çox adamı utopik ideyalar amacında kütləvi şəkildə qırıblar. Kamboca paytaxtında qurbanların şərəfinə inşa edilən muzeydə Qırmızı Kxmerlərin insanlığa qarşı cinayətləri sənədləşdirilib.

Hakim Nil Nonn məhkəmə zalında hökmü ucadan oxuyarkən Qırmız Kxmerin vyetnamlı və çam müsəlman azlığa qarşı genosid törətdiyini elan edib.

1975-ci ildə hakimiyyəti ələ keçirən Qırmızı Kxmerlər şəhərləri boşaldaraq bütün əhalini kəndlərə köçürməklə aqrar utopiya qurmaq istəyirdilər. Əvəzində onların radikal siyasətləri aclıq, kütləvi edamlar və öldürcü əmək düşərgələri ilə sonuclandı.

XS
SM
MD
LG