Accessibility links

"Qədir- Xum" obyektində dönərdən zəhərlənmə olub


Dönər
Dönər

İyunun 25-də 1 saylı Bakı Şəhər Kliniki Mərkəzinə qida zəhərlənməsi diaqnozu ilə 20 nəfər daxil olub. Tibbi yardım göstərildikdən sonra onlar evə buraxılıb.

Bakı Şəhər Prokurorluğunun məlumatında deyilir ki, istintaq müəyyən edib ki, həmin şəxslər Xətai rayonu Babək prospektində maşın bazarındakı "Qədir- Xum" obyektində dönər yedikdən sonra zəhərləniblər.

Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları dönərxanaya baxış keçiriblər və laborator müayinəsi üçün nümunələr götürüblər.

Fakt üzrə Cinayət Məcəlləsinin 314.1 maddəsi (səhlənkarlıq) ilə cinayət işi açılıb, təqsirli şəxslərin dairəsinin müəyyənləşdirilməsi istiqamətində zəruri istintaq hərəkətləri davam etdirilir.

XS
SM
MD
LG