Accessibility links

Qərb ölkələri Rusiyanın Krımı ilhaq etməsini qınayır


Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov ABŞ Dövlət katibi Con Kerriyə Krımı ilhaq etməsinə görə Rusiyaya qarşı sanksiyaların qəbuledilməz olduğunu və bunun nəticəsiz qalmayacağını deyib.

Lavrov və Kerri arasında Rusiya prezidenti Vladimir Putinin Ukraynanın Krım yarımadasının Rusiyanın bir hissəsi olduğuna dair müqaviləyə imza atmasından sonra telefonla söhbəti olub.

Polşada səfərdə olan ABŞ-ın vitse-prezidenti Co Bayden Rusiyanın bu addımını torpaq işğalı kimi xarakterizə edib və dünyanın Rusiyanın bu ilhaqın arxasında dayanan məntiqini başa düşmədiyini deyib.

Polşanın Baş naziri Donald Task Krıma dair mübahisənin bütün region üçün təhlükəsizlik sahəsində problem yaratdığını deyib.

ABŞ-ın vitse-prezidenti Co Bayden Şərqi Avropaya səfəri zamanı Rusiya ilə sərhədə malik olan Estoniya, Litva və Latviyanın liderləri ilə görüşəcək.
Bu arada, Fransanın Xarici İşlər naziri Loren Fabius Rusiyanın dünyanın iqtisadi cəhətdən inkişaf etmiş ölkələrinin daxil olduğu Böyük Səkkizlər qrupunda iştirakının dayandırıldığını elan edib. Bununla belə, qrupun dogər üzvləri hələlik bunu təsdiq etməyib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG