Accessibility links

Qərb sahilində Amerika əsilli İsrail vətəndaşı öldürülüb


İsrail polisi İordan çayının Qərb sahilində Quş Etzion yaşayış məntəqəsi yaxınlığındakı ticarət mərkəzində hücumla bağlı təhqiqat aparır.
İsrail polisi İordan çayının Qərb sahilində Quş Etzion yaşayış məntəqəsi yaxınlığındakı ticarət mərkəzində hücumla bağlı təhqiqat aparır.

İsraildə məskunlaşan tanınmış Amerika əsilli şərhçi İordan çayının Qərb sahilində fələstinli hücumçü tərəfindən öldürülüb. ABŞ-da anadan olan Ari Fuld yerli icma arasında tanınmış simalardan biri idi. O, sosial mediada İsrailin qızğın tərəfdarı kimi tanınırdı.

İsrail hərbi qüvvələrinin bildirdiyinə görə, hücumçu İordan çayının Qərb sahilində Quş Etzion yaşayış məntəqəsi yaxınlığındakı ticarət mərkəzinə gəlib və Ari Fuldu orada bıçaqlayandan sonra qaçıb. Video kameralarda onun hücumçunun arxasınca qaçdığı və atəş açdıqdan sonra yerə yıxıldığı göstərilir. Başqa mülki şəxslər hücumçuya atəş açıb. İsrail polisi onun yaxınlıqdakı kəndlərdən birinin 17 yaşlı sakini olduğunu bildirib. Lakin hücumçunun durumu ilə bağlı məlumat verilməyib.

İsrail hərbi qüvvələrinin əsgərləri İordan çayının Qərb sahilində
İsrail hərbi qüvvələrinin əsgərləri İordan çayının Qərb sahilində

Hadisənin baş verdiyi yerin yaxınlığındakı Efrat yaşayış məntəqəsində yaşayan 40 yaşlı Ari Fuld xəstəxanaya çatdırıldıqdan sonra həkimlər onun öldüyünü bildiriblər.

Ari Fuld dörd uşaq atası idi. O, ingilis dilində intrnet portalında cari hadisələrlə bağlı şərhləri və hər həftə Tövratı qiraət etməsi ilə tanınırdı. O həm də millətçi görüşləri və İsrail ordusunun qızğın tərəfdarı kimi tanınırdı.

2015-ci ildən bəri 50 israilli, səfərdə olan iki amerikalı və bir Britaniya vətəndaşı bıçaqlanma, atışma və avtomobillərin kütlənin üzərinə dürülməsi kimi insidentlər zamanı fələstinlilər tərəfindən öldürülüb. İrsail hərbi qüvvələri bu müddət ərzində 260 fələstinlini öldürüb. İsrail onların hücumçular olduğunu bildirir.

XS
SM
MD
LG