İsrailin səhiyyə işçilərinin bildirdiyinə görə, cümə günü bir fələstinlinin işğal edilmiş İordan çayının Qərb Sahilindəki yaşayış məntəqəsi yaxınlığında etdiyi hücum nəticəsində bir israilli ölüb, ikisi yaralanıb.
İsrail hərbi qüvvələri fələstinlilərin əldəqayırma qurğunu israilli bir atanın iki uşağı ilə cümə günü səhər Dolev yaşayış məntəqəsi yaxınlığındakı bulağa gedərkən partlatdıqlarını bildirib.
Təcili yardım xidməti 17 yaşlı qızın hadisə yerində aldığı yaralardan öldüyünü təsdiqləyıb.
İsrailin Magen David Adom təcili yardım xidməti daha sonra üç nəfərdən birinin, 17 yaşlı qızın hadisə yerində aldığı yaralardan öldüyünü təsdiqləyıb.
Təcili yardım xidmətinin sözçüsü 46 və 21 yaşllarındakı kişilərə paramediklər tərəfidən ilk yardım göstərilməsindən sonra onların hərbi vertolyotla Qüdsdəki bir xəstəxanaya çatdırıldığını bildirib.
Onların vəziyyəti "ağır" olaraq qiymətləndirilib. Ordu bu hücumun terror aktı olduğunu deyir.
Cümə günü səhər İsrail hərbi qüvvələri Fələstinin Deyr-İbzi kəndinin yaxınlığındakı Ein-Bobin bulağı ətrafındakı bölgəni və yolları bağlayaraq, həmin ərazidə axtarış aparıb.