Accessibility links

Qərbi Azərbaycan vilayətində edama məhkum edilən iki gənc əfv edilib


Qərbi Azərbaycan vilayətinin Xoy şəhərində edama məhkum olmuş iki məhbus qətlə yetirdikləri şəxsin ailəsi tərəfindən əfv edilərək dar ağacından xilas olublar.

İranın rəsmi dövlət agentliyi İRNA-ya istinadən, “qətlə yetirilən şəxsin ailəsi məhbusları son anda, dar ağacının altına gətirildikdən sonra bağışlayıblar.”

Adları açıqlamayan iki məhbus təqribən 6 il əvvəl baş verən bir davada 21 yaşlı bir gənci qətlə yetirdikləri üçün qisasa məhkum olmuşdular.

Xoy həbsxanasının müdirinin bildirdiyinə görə, “edam hökmü çıxarıldıqdan sonra məhkəmə və həbsxana çalışanları, həmçinin şəhərin ağsaqqalları qan sahiblərinin razılığını almaq və məhbusları edamdan qurtarmaq məqsədilə vasitəçi oldular. Qan sahibləri son ana qədər qisas tələb etsələr də, dar ağacının altına gətirilən məhbusları əfv etdilər.”

Hüquq müdafiəçiləri qətl ittihamı ilə edama məhkum olanların əhali tərəfindən bağışlanma hallarının artmasını müsbət qarşılayırlar.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG