Accessibility links

Qərbi Azərbaycanda gömrük məntəqəsinin 3 müdiri qaçaqmalçılıq ittihamı ilə həbs edilib


Bazərgan gömrük məntəqəsi
Bazərgan gömrük məntəqəsi

İran və Türkiyə sərhəddində yerləşən Bazərgan gömrük məntəqəsi başqanının müavinlərindən biri daxil olmaqla, üç nəfər “mütəşəkkil qaçaqmalçı qruplar” ilə əməkdaşlıq ittihamı ilə həbs edilib.

İran xəbər agentlikləri bu barədə məlumat yayıblar.

Dövlət agentliyi İRNA-nın xəbərinə istinadən, müavindən əlavə gömrük məntəqəsi standart idarəsinin başqanı və onun müavini də nəzarət altına alınıb.

Qərbi Azərbaycan Ümumi və İnqilab prokuroru Mustafa Həbibinin bildirdiyinə görə, gömrük məntəqəsi başqanının müavini araşdırmaların tamamlanmasına qədər müvəqqəti olaraq nəzarət altında saxlanılacaq.

Makı şəhərinin prokuroru Höccətül-İslam İbrahim Abbasnejadın sözlərinə görə, tutulanlar yaxında mütəşəkkil qaçaqmalçılıq fəaliyyəti və rüşvət almaq ittihamları ilə mühakimə ediləcəklər.

İran hakimiyyətinə müxalif qruplar İslam İnqilab Keşikçiləri Korpusu (Sepah) və Sərhəd Polisi daxil olmaqla, İran dövlətinin rəsmi qurumlarının sistemli şəkildə mütəşəkkil qaçaqmalçı qruplarla əməkdaşlıq etdiyini irəli sürür.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG