Accessibility links

Qərbi Azərbaycanda jurnalistlərin avtobusu qəzaya uğrayıb, 2 nəfər həyatını itirib


İRNA xəbər agentliyinin yaydığı məlumata görə, iyunun 24-də Qərbi Azərbaycanın Sulduz (Nəğədə) şəhərində jurnalistləri daşıyan avtobus texniki qüsur üzündən aşıb və 2 jurnalist həyatını itirib.

Avtobusun 26 sərnişini Piranşəhr şəhərinə yola düşümüşdülər. Qəza nəticəsində 21 nəfər yaralanıb.

Qərbi Azərbaycanda jurnalistlərin avtobusu qəzaya uğrayıb
Qərbi Azərbaycanda jurnalistlərin avtobusu qəzaya uğrayıb

Həyatını itirən 2 qadının İRNA və İSNA xəbər agentliklərinin jurnalisti olduqları bildirilir.

Qəza keçirmiş avtobusdan çıxarılan sərnişinlər Sulduzda bir xəstəxanaya yerləşdirilib. Daha sonra isə yaralılar Urmiyə xəstəxanasına köçürülüb.

Avtobusda 20 jurnalist, Ətraf Mühit Təşkilatının ictimaiyyətlə əlaqələr şöbəsindən 4 nəfər və 2 sürücü və köməkçi sürücü olub.

Sulduz şəhərinin polis komandiri polkovnik Pakdel baş verən qəzanın texniki qüsur və avtobusun əyləcində olan problem ilə bağlı olduğunu bildirib.

Qəza nəticəsində ölən ətraf mühit üzrə jurnalistlər Reyhanə Yasini və Məhşad Kəriminin cəsədlərinin də Tehrana göndərildiyi bildirilir.

Qərbi Azərbaycanda jurnalistlərin avtobusu qəzaya uğrayıb
Qərbi Azərbaycanda jurnalistlərin avtobusu qəzaya uğrayıb

Qərbi Azərbaycan valisi Məhəmməd Mehdi Şəhriyari hadisə ilə bağlı müsahibədə deyib ki, “söyləndiyi kimi avtobus köhnə deyildi və bu qəza təbii olaraq çox baş verən texniki problem səbəbindən baş verib.”

Valinin bu ifadəsi sosial media fəalları arasında təniqdlə qarşılanıb. Eləcə də İranda bir çox xəbər agentlikləri valinin bu ifadəsini manşet olaraq yayıb və sözlərini heyrətləndirici sözlər kimi dəyərləndirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG