Accessibility links

Qərbin Türkiyədən narazılıqları Bayden administrasiyasında davam edə bilər


Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyəyə qarşı gizli qəsdlər qurulmasından şikayətlənərək deyib ki, bu qüvvələr Tükiyənin xaricdəki nüfuzunu və gücünü əngəlləməyə çalışırlar.

Lakin yerli və xarici tənqidçilər belə bir təhlükənin olmadığını deyir və israr edir ki, əgər ortada bir problem varsa, bu, əsasən Türkiyənin qonşu ölkələr və Avropa Birliyi, eləcə də NATO-dakı müttəfiqləri ilə toqquşmalarından irəli gəlir. Qərb qonşuları Türkiyənin hər fürsətdə qapıları açaraq miqrantları Avropaya göndərmək təhdidlərindən də bezib.

Ərdoğan son aylarda tez-tez Türkiyə iqtisadiyyatının geriləməsini gözə görünməyən və pis niyyətli xarici düşmənlərlə əlaqələndirir. Xüsusilə bu il xarici investorlar Türkiyə iqtisadiyyatından uzaq durmağa başlayıb. Dəyər itirməkdə davam edən türk lirəsi keçən ay dollar və avroya nisbətdə rekord eniş yaşayıb. Qərbdəki tənqidçilər ölkə iqtisadiyyatına əsas düşmənin səhv idarəçilik olduğunu deyir.

Türkiyə lideri və onun müşavirləri Avropa ölkələrini Ankaranın geosiyasi ambisiyalarını sabotaj etmək üçün birləşməkdə günahlandırır. Xüsusilə də Şərqi Aralıq dənizində Ankara qaz və neft çıxarmaq hüququ uğrunda Yunanıstan və Kiprlə mübarizə aparır.

Digər tərəfdən, Aralıq Dənizinin şərqindəki nəhəng enerji potensialı Avropa, Şimali Afrika və Yaxın Şərqdəki digər gücləri də sabitliyi poza biləcək qarşıdırmaya sürükləyir. Qərbi Avropa və Türkiyənin bölgədəki digər qonşuları dəniz qanunlarının Yunanıstan və Kiprin tərəfində olduğunu bildirərək türk hərbi gəmilərinin vəziyyəti daha da gərginləşdirərək toqquşmaya yaxın olmaqda günahlandırır.

"Biz özümüzü Avropanın ayrılmaz bir hissəsi kimi görürük," Ərdoğan hakim Ədalət və İnkişaf Partiyasının üzvləri qarşısında keçən ay etdiyi çıxışında deyib. "Lakin bu, ölkəmizə və millətimizə qarşı açıq hücumlara, gizli ədalətsizliklərə və ikili standartlara boyun əyəcəyimiz anlamına gəlmir."

Oktyabr ayında Türkiyənin Suriyadakı hərbi fəaliyyətləri üzündən Avropanın tənqidlərindən sonra Ərdoğan "Ey Avropa oyan, mən bir daha bildirirəm: əgər hərbi əməliyyatlarımızı işğalçılıq çərçivəsində görəcəksinizsə, bizim vəzifəmiz çox sadədir - qapıları açıb 3,6 milyon miqrantı sizə göndərəcəyik" deyib.

Suriyanın İdlib şəhərində müharibənin təsirlərindən qorunmaq üçün yerli sakinlər Türkiyə ilə sərhəd zonaya axışır. 15 fevral, 2020. (AP Photo)
Suriyanın İdlib şəhərində müharibənin təsirlərindən qorunmaq üçün yerli sakinlər Türkiyə ilə sərhəd zonaya axışır. 15 fevral, 2020. (AP Photo)

Osmanlı İmperiyasının çökməsindən bəri konspirasiya nəzəriyyələri Türkiyədə uzun müddət mədəni və siyasi həyatın bir hissəsi olub. Siyasi tənqidçilər hakimiyyətdə olduğu son 17 il ərzində Ərdoğanı Türkiyənin xarici düşmənlər tərəfindən mühasirəyə alınaraq ölkənin zəifləməsinə çalışıldığı və Osmanlı dönəmindəki gücünün qazanılmasına əngəl olunduğu kimi fikirləri daha da körükləməkdə günahlandırır.

Türkiyə lideri Şərqi Aralıq dənizindəki mühbahisəli vəziyyəti alovlandıraraq bunu 1453-cü ildə Osmanlı imperiyasının İstanbulu fəth etməsinə bənzədərək münaqişələr və savaşlarda kimliyi bəlli olmayan xarici düşmənlə çarpışmadan, şöhrətli keçmişə qayıdışdan bəhs edir.

Qərb diplomatları və bəzi analitiklər Ərdoğanın xarici anti-türk qüvvələrindən müntəzəm şikayət etməsinin irəli sürülən konispirasiya fərziyyələrini reallığa çevirəcəyindən xəbərdarlıq edir.

NATO müttəfiqi Fransa ilə Liviyaya qarşı beynəlxalq silah embarqosu mübahisəsindən tutmuş, Ankaranın dəstəklədiyi muzdlu və xüsusi qüvvələrin oraya göndərilməsi, Suriya və Dağlıq Qarabağdakı hərbi əməliyyatlar, Kipr sahillərindəki qazma və seysmik fəaliyyətləri ilə Ərdoğan özünə qarşı ciddi opponentlər siyahısı tərtib edib.

Ankara hər fürsətdə dünya səviyyəsində daha böyük rola sahib olmaq naminə müttəfiqləri və düşmənləri ilə üz-üzə gəlməkdə israrlı görünür. Lakin Qərbdəki diplomatlar Türkiyənin yaxın qonşuları və Qərb ölkələri ilə münasibətləri, Aralıq və Qara dənizdəki fəaliyyətlərinin fəsadları olacağını bildirir.

Türkiyənin NATO-dakı müttəfiqlərindən Ərdoğanın geopolitik ambisiyaları və aqressiv davranışlarından bezdiklərinə dair siqnallar getdicə artır. Vaşinqtondakı Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin mütəxəssisləri Hiter Konley və Reyçl Ellehuus bildirir ki. "Türkiyənin bütün bu siyasi addımları və hərəkətləri artıq təhlükəli bir gərginlik nöqtəsinə çatır."

“Prezident Ərdoğanın addımlarının NATO-nun Aralıq Dənizindəki kollektiv müdafiə mövqeyində tutarlılığını və siyasi bütövlüyü zəiflədir,” mütəxəssislər bildirir. “Bu vəziyyətdən yayınmaq üçün Qərbdəki müttəfiqlərin Aralıq dənizindəki gərginliyi azaltmaq üçün Ankara ilə vəziyyəti yumuşaldacaq inteqrasiya siyasəti apararaq ortaq maraqların təmin olunacağı birləşdirirci bir siyasi xətt tutması gərəklidir.”

Hiter Konley və Reyçl Ellehuus həmçinin əlavə edir ki, “Əgər Türkiyə belə bir təşəbbüsə qoşulmaq istəmirsə, onu daha böyük bir transatlantik gərginlik gözləyir.”

NATO-nun baş katibi Cens Stoltenberq və Tükiyənin Xarici İşlər Naziri Mövlud Çavuşoğlu
NATO-nun baş katibi Cens Stoltenberq və Tükiyənin Xarici İşlər Naziri Mövlud Çavuşoğlu

Türkiyənin müttəfiq və qonşuları arasındakı problemləri Ərdoğanının 2015-ci ildə qəbul etdiyi "Mavi Vətən Doktrinası" ilə meydana çıxmağa başladı. Bu doktrina ilk dəfə 2006-cı ildə Admiral Cem Gürdeniz tərəfindən irəli sürülmüşdü. Doktrina Türkiyənin ən əhəmiyyətli enerji və digər iqtisadi qaynaqlarını genişləndirərək regioanda təsirini dahada artırtmaq arzusunu ifadə edir. Mütəxəssislər Ərdoğanın bunu həyata keçirməsi üçün qısamüddətli sövdələşmələrə getməsi, bir çox ikitərəfli müqavilələrdən çəkilməsi, həmçinin Türkiyənin NATO-dakı öhdəliklərini yerinə yetirməməsinin regionda sabitliyi pozduğunu bildirir.

Bəzi şərhçilər bildirir ki, Türkiyəyə qarşı benəlxalq konispirasiyalar yoxdur - əksinə, Qərbdəki müttəfiqlərin ehtiyatlı davranması və koordinasiyanın olmaması Ərdoğanın işinə yarayır.

Qərbdəki siyasətçilər Türkiyəyə qarşı sanksiyalar tətbiq edilmədiyini və ya daha əvvəl elan olunmuş sankisya tədbirlərinin həyata keçirilmədiyini dilə gətirir. İyul ayında Aİ Xarici İşlər Nazirləri Türkiyənin Kipr sahillərindəki neft və qaz axtarışları eləcə də Aralıq dənizinin şərqindəki "hərbi strategiyası" ilə əlaqədar olaraq potensial sanksiya tədbirlərinin təklif edilməsini tələb edib.

Bənzər reaksiya ABŞ-dan da gəldi. Belə ki, ABŞ-ın Dövlət Katibi Mayk Pompeo Türkiyənin Kipr sahillərindəki qazma fəaliyyətlərinin qəbuledilməz olduğunu deyib. Lakin Tramp administrasiyası bu məsələdə konkret bir addım atmayıb. Üstəlik, Türkiyəyə Rusiyadan S400 raketdən müdafiə sistemləri aldığına görə də hələ ki, sanksiya tətbiq olunmayıb.

Qərbdəki diplomatlar və mütəxəssilər NATO müttəfiqlərinin Ərdoğanın avantürizmindən və təkbaşına siyasətindən təngə gəldiklərinə dair artan sayda əlamətlərin olduğunu hesab edir. Güman edilir ki, Co Baydenin gələn il Ağ Evə gəlişi ilə səbr kasası daşa bilər.

Ərdoğan və Tramp tez-tez toqquşsa da, Vaşinqton indiyədək Ərdoğanla birbaşa qarşıdrumadan yayınıb. Fikir ayrılığı doğuran məsələlər daha çox pərdə arxasında müzakirə olunub. Hər iki lideri Aİ-na qarşı antipatiya birləşdirdi. Lakin Qərbədki analtiklər artıq gələn il belə bir vəziyyətin olmayacağını və Ərdoğanın ona qarşı daha az tolerant davranan ABŞ rəhbəri ilə qarşılacağını bildirir.

Türkiyənin maliyyə naziri Berat Albayrak Türkiyənin iqtisadi siyasəti ilə bağlı investorların narahatlığını azaltmaq üçün keçirilən konfransda çıxış edərkən. 8 noyabr 2020
Türkiyənin maliyyə naziri Berat Albayrak Türkiyənin iqtisadi siyasəti ilə bağlı investorların narahatlığını azaltmaq üçün keçirilən konfransda çıxış edərkən. 8 noyabr 2020

Artıq Ərdoğanın ABŞ seçkilərindən sonrakı dönəmə uyğunlaşması özünü büruzə verməyə başlayıb. ABŞ-dakı seçkilərin bitməsindən bir neçə saat sonra Ərdoğanın kürəkəni Berat Albayraq Maliyyə Nazirliyindən istefa verib, halbuki o, Donal Trampın kürəkəni Cerard Kuşnerlə yaxın dostluq münasibətlərində idi.

Ərdoğan həmçinin ABŞ seçkilərindən sonra ölkədə iqtisadi və siyasi islahatlara dair vədlər verib ki, bu, onun Vaşinqtondakı dəyişikləri nəzərə alaraq demokratiya və insan haqlarına diqqəti gücləndirəcək yeni düzəni dərk etməsinə işarə edir. ABŞ seçkilərinin qalibi Co Bayden gələn il Demokratiya Sammiti keçirəcəyini elan edib.

Müəllif: Jamie Dettmer

Dünyaya Baxış

Dünyaya Baxış. Vyanada İranla nüvə sazişi üzrə danışıqlar bərpa olunub
please wait

No media source currently available

0:00 0:11:33 0:00

Amerika İcmalı

Amerika İcmalı - 26 Noyabr 2021
please wait

No media source currently available

0:00 0:30:16 0:00
XS
SM
MD
LG