Accessibility links

Qətər OPEC-dən çıxacaq


Qətər höküməti 2019-cu ilin yanvarın 1-dən etibarən 1961-ci ildən bəri üzv olduğu OPEC-dən (Neft İxrac Edən Ölkələr Birliyi) çıxacağını elan edib. Bu barədə bazar ertəsi ölkənin yeni energetika naziri Saad Şərid al-Kaabi məlumat verib. Ölkənin dövlət neft şirkəti olan Qatar Petroleum nazirin bəyənatını təsdiqləyib.

Nazirin sözlərinə görə, OPEC-in Qətərin bu qərarı barədə artıq məlumatı var. Təşkilat növbəti iclasını dekabrın 6-da keçirməyi planlaşdırır.

Nazir bu qərara aydınlıq gətirərək, onun biznes maraqları çərçivəsində olduğunu bildirib. Qətər dünya bazarındakı təbii qazın 30%-dan çoxunun ixracatçısıdır.

Qətər dünyada ən böyük sıxılmış təbii qaz istehsalçısıdır. Dünya bazarındakı təbii qazın da təxminən 30%-ni Qətər təchiz edir. Eyni zamanda, OPEC-in digər üzvləri ilə müqayisədə, ölkə daha az neft hasil edib.

Nazirin sözlərinə görə, Qətər yaxın illərdə neft deyil, məhz qaz istehsalını artırmaq niyyətindədir. Ölkə İranla birlikdə dünyanın ən böyük qaz ehtiyartlarına sahibdir və qaz istehsalını ildə 77 milyon tondan 110 milyona çatdırmaq niyyətindədir.

OPEC-ə hal-hazırda 15 ölkə daxildir. Qətərdən başqa bunlar Əlcəzair, Anqola, Venezuela, Qabon, İran, İraq, Konqo, Küveyt, Liviya, Birləşmiş Ərəb Əmirlikləri, Nigeriya, Səudiyyə Ərəbistanı, Ekvatorial Qvineya və Ekvadordur. Nə hal –hazırda dünyada ən böyük neft istehsalçısı olan ABŞ, nə də Rusiya bu təşkilatın üzvü deyillər. OPEC ölkələri birlikdə dünya bazarındakı neftin 35-40%-nə nəzarət edirlər.

Nazirin sözlərinə baxmayaraq, ekspertlər Qətərin OPEK-dən çıxmasına səbəb kimi ölkənin Səudiyyə Ərəbistanı ilə siyasi narazılıqların olmasını göstərirlər. Ötən il Səudiyyə Ərəbistanı ilə Qətər arasındakı münasibət gərginləşib, Səudiyyə Ərəbistanından sonra bir neçə digər ərəb ölkəsi də Qətərlə əlaqələri kəsib.

Qətərin blokadası hələ də davam edir.

Hal-hazırda neftin qiymətinin düşür. Səbələrdən biri də, ABŞ-ın neft hasilatını artırmasıdır. Noyabr ayının nəticələrinə əsasən qiymət 22% azalıb. Hal-hazırda neftin 1 barelinin qiyməti 62 dollar təşkil edir.

Qətər OPEC-i tərk edən yeganə ölkə deyil. 1992-ci ildə Ekvador, 1995-də Qabon və 2016-cı ildə İndoneziya OPEC-i tərk edib. Lakin bu ölkələr daha sonra yenidən OPEC-ə qoşulublar.

XS
SM
MD
LG