Accessibility links

Qətlə yetirilmiş jurnalist Elmar Hüseynovun doğum günüdür


Elmar Hüseynov

İyulun 17-si "Monitor" jurnalının baş redaktoru Elmar Hüseynovun doğum günüdür. Bu gün, iyunun 17-si 14 il əvvəl öldürülməsəydi, onun 52 yaşı tamam olacaqdı.

Tənqidçi jurnalist, "Monitor" jurnalının təsisçisi və baş redaktoru Elmar Hüseynov 2005-ci il martın 2-də yaşadığı evin qarşısında naməlum şəxs tərəfindən odlu silahla qətlə yetirilib. 14 il keçsə də, qətlin sifarişçiləri və icraçıları hələ də məsuliyyətə cəlb olunmayıblar.

Ölümündən sonra jurnalistin həyat yoldaşı və azyaşlı oğlu Norveçə mühacirət ediblər.

Elmar Hüseynov 17 iyul 1967-ci ildə Bakıda doğulub. O, 1992-ci ildə Azərbaycan Mühəndis-İnşaatçılar İnstitutunu mühəndis-hidrotexnik ixtisası üzrə bitirib. Bir müddət ixtisası üzrə çalışıb.

Elmar Hüseynov 1995-ci ildən etibarən jurnalist fəaliyyətinə başlayıb. Həmin ildə də "Trend" analitik-informasiya agentliyini, 1996-cı ildə isə "Monitor" jurnalını təsis edib.

O həmçinin "Bakinski bulvar", "Bakinskiye vedomosti" qəzetlərinin təsisçisi idi.

XS
SM
MD
LG