Prezident Tramp mətbuatı dəfələrlə "saxta xəbər" yaymaqda ittiham edib və "Amerika xalqının düşməni" adlandırıb. Lakin bir çox jurnalistlər artıq prezidentin atmacalarından təngə gəldiklərini söyləyirlər.
Kampaniya görüşlərində ABŞ prezidenti Donald Tramp tez-tez tərəfdarlarının zövqünə uyğun kütləvi informasiya vasitələrini tənqid edir.
Amerika prezidenti Donald Tramp, “Burada saxtakarlardan yalnız neqativ xəbərlər var.”, dedi.
Prezident və onun administrasiyası bir çox Amerika kütləvi informasiya vasitələrinin onlara qarşı ədalətsiz olduğunu iddia edirlər. Jurnalistlər qeyd edirlər ki, prezident tənqidinin hədəfi olmaq onların işinin tərkib hissəsidir, lakin "xalq düşməni" adlanmaq qəbuledilməzdir. Narazılıq Ağ Evin son brifinqində hiss olunurdu.
CNN-nin Ağ Ev-dəki müxbiri: “Düşünürəm ki, siz elə burada, bu brifinqdə, bu otaqda yığılmış mətbuat nümayəndələri, insanların, hər gün işlərini görən, sizin kimi məmurlara sual verənlərə öz işlərini yaxşı gördüklərini və onlara xalq düşməni olmadıqlarını söyləmək yaxşı olardı. Düşünürəm ki, biz buna layiqik.”
Ağ Ev mətbuat katibi prezidentin Stalinizmə məxsus ifadədən istifadə etməsi ilə bağlı ittihamları cavablandıra bilmədi.
George Washington Universitetindən Frank Sesno: “Uzun müddət Ağ Evlə bağlı xəbərləri özüm yazmışam. Uzun müddətdir bunu izləyirəm. Heç vaxt indiki qədər mətbuatla prezident arasında - əsasən prezidentdən qaynaqlanan belə gərginlik olmayıb.”
Mətbuat müqavimət göstərir. Bu həftə təqribən 200-ə yaxın amerika qəzeti, prezidentin mediaya qarşı hücumunun qarşısını almaq üçün, koordinasiyalı şəkildə baş məqalələr yazmağa başlayıblar. Kampaniyaya “azad mətbuatla çirkli müharibə başa çatmalıdır” deyən The Boston Globe qəzeti başçılıq edir.
Tirajından asılı olmayaraq hər bir iştirak edən qəzet öz üslubuna uyğun redaksiya məqaləsi dərc edəcək
Tennessean qəzetinin direktoru David Plazas: “Qarşılıqlı cəhddə sevdiyim şey odur ki, biz onlara daha uyğun mesaj göndərdik, çünki onlar daha aqressiv mesaj göndərə bilərdilər. Bizim amalımız mətbuat azadlığını müdafiə etmək, sivilizasiyanı qorumaq və səssiz insanlara səs verməkdir."
Lakin cəmiyyətin mediaya inamının ən aşağı nöqtəyə düşdüyü bir şəraitdə media tənqidçiləri qəzetləri həssaslıqa, dəymə-düşərlikdə ittiham edir.
2016-cı ildə Trampa mütləq çoxluqla səs vermis ştatın ən iri qəzeti olan “Tennessean” cümə axşamı prezidenti hədəf almır.
Tennessean qəzetinin direktoru David Plazas: “Mən heç prezident Trampın adını gündəlik baş məqalədə hallandırmamışam.”
Bu kampaniyada təkcə qəzetlər iştirak etmirlər. Rəqəmsal Radio Televiziya Xəbər Assosiyasiyası 1200 üzvünə müraciət edərək onlardan xalqa mənsub və xalqdan olan hökumətin fəaliyyəti haqda ictimaiyyətin bilmək hüququ barədə maariflənmək üçün efir vaxtı ayırmağı, onlayn məqalələr dəcr etməyi və sosial mediada məlumat paylaşmağı xahiş edib.