Accessibility links

Qəzzə zolağında iki fələstinlinin öldürüldüyü bildirilir


Cümə günü Qəzzə zolağının cənubi sərhədində fələstinlilərlə İsrail qoşunları arasında döyüşlər ölümlə nəticələnib. Belə ki, ərazinin səhiyyə nazirinin verdiyi məlumata görə, İsrailin açdığı atəş nəticəsində iki nəfər ölüb.

Nazirliyin sözçüsü Əşrəf Əl-Qudra deyib ki, Xan Yunis şəhəri yaxınlığında 13 yaşlı bir oğlan başından vurulub, Rəfah şəhəri yaxınlığıda isə 24 yaşlı bir kişi öldürülüb.

İsrail ordusu minlərlə fələstinlinin cümə günü “son dərəcə zorakı”nümayiş keçirdiyini və “müxtəlif terror hücumları” etdiyini bildirib. Ordu yaydığı bəyanatda əsgərlərə qumbara atıldığını və qoşunların fələstinlilərin sərhədi qanunsuz keçmək cəhdlərinin qarşısını aldığını bildirib.

Bəyanatda bildirib ki, bu cəhdlərə cavab olaraq, İsrail qüvvələri “üsyanı dağıtmaq üçün müxtəlif yollara” əl atıb. Bunun nəticə vermədiyi yerlərdə isə qoşunlar “atəş açıb”.

Qəzzə zolağının sərhədində ən son etirazlar martın 30-da başlayıb. Əraziyə nəzarət edən islamçı militant qrup Həmasın hər həftə təşkil etdiyi etirazlar o zamandən bəri davam edir və nəticədə İsrail qoşunları tərəfindən azı 137 fələstinli öldürülüb.

İsrail sərhədi və yaxınlıqdakı icmaları müdafiə etdiyini deyir və Həması etirazlardan İsraillə sərhəddəki hasara hücum edən militatnları gizlətmək üçün istifadə etməkdə ittiham edir.

Həmas nümayişçilərin fələstinli qaçqınların İsraildəki tarixi evlərinə “dönmək hüquqları”-nı almağı tələb edir və həmçinin Qəzzə zolağının mühasirəsini və ABŞ səfirliyinin Tel Əvivdən Qüdsə köçürülməsinə etiraz edir.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG