Accessibility links

Qəzza zolağına COVID-19-un ilk peyvəndləri çatdırılıb


İsrailin sərhədlərindən keçməsinə icazə verməsindən sonra Qəzza zolağına ilk COVID-19 peyvəndləri çatdırılıb.

"Bu gün səhər Rusiya tərəfindən bağışlanan 1000 Sputnik peyvəndi Fələstin muxtariyyətinin istəyi və siyasi eşelonun təsdiqinə uyğun olaraq Qəzza zolağına çatdırılıb" - deyə, İsrailin təhlükəsizlik rəsmisi bildirib.

Fələstinin Səhiyyə Naziri May Alkayla Fələstin muxtariyyətinə 1000 nəfərə qədər insana tətbiq ediləcək dozda peyvənd göndərdiyini bildirib. Peyvəndlər Kərəm Şalom keçid məntəqəsinə çərşənbə günü günorta saatlarında çatıb.

Associated Press agentliyinin verdiyi məlumata görə, İsrail qanunvericilərinin etirazına baxmayaraq, peyvəndlər bölgəyə çatdırılıb. Belə ki, İsrail qanunvericiləri son günlər peyvəndlərin Qəzza zolağına terrorçu Həmas qrupunun militantları tərəfindən əsir saxlanılan israillilərin sərbəst buraxılması müqabilində verilməsini tələb edib.

Çərşənbə günü İsrailin ordu radio-stansiyasına verdiyi müsahibəsində Baş Nazir Benyamin Netanyahu peyvəndlərin Fələstin üçün ayrılan tədarükdən gəldiyini, Qəzzada əsir olan israilliləri geri qaytarmaq üçün çalışdığını və bu məsələni peyvənd çatdırılması ilə əlaqələndirmədiyini deyib.

Netanyahu peyvənd dozalarının Fələstin ərazilərinə buraxılmasının da vacib olduğunu və virusun işğal altındakı İordan çayının qərb sahili və Qəzzadakı fələstinliləri peyvənd kampaniyasından kənarda qoyduğu üçün beynəlxalq tənqidlərə məruz qalan İsrail ərazisinə asanlıqla keçə biləcəyini deyib.

İki milyon insanın yaşadığı Qəzzada 53 mindən çox koronavirusa yoluxma, 538 ölüm halının qeydə alındığı bildirilib. Rəsmilər bölgədəki yoxsulluğu nəzərə alaraq, geniş karantin tətbiq etməkdə tərəddüd edir.

Dünyaya Baxış

Dünyaya Baxış. Tofiq Yaqublu döyülməsi ilə bağlı prokurorluqda ifadə verib
please wait

No media source currently available

0:00 0:11:46 0:00

Amerika İcmalı

Amerika İcmalı - 3 Dekabr 2021
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG