Minlərlə fələstinli Qəzza sərhədlərində həftəlik cümə etirazlarını artıq 2 aydır davam etdirir. Nümayişçilər İsrail və Misir blokadasına son qoyulmasına çağırıb.
Aksiya Qüds günü və müsəlmanların müqəddəs Ramazan ayına təsadüf edir.
İsrail qüvvələri sərhədə yaxınlaşan etirazçılara qarşı gözyaşardıcı qazdan istifadə edib, snayperlər atəş açıb.
Beynəlxalq ictimaiyyət İsrailin nümayişçilərə qarşı hədsiz gücdən istifadə etməsini qınayıb.
Lakin İsrailin baş naziri Benyamin Netanyahu sərhədlərini Həması nəzərdə tutaraq, terror təşkilatlarının zorakılıqların müdafiə hüququna malik olduğunu bildirir.
Fələstinlilərin çoxsaylı tələfat verməsinə baxmayaraq, Həmas qələbə elan edib.
Həmasın lideri İsmayıl Haniyə bildirib ki, şəhidlik blokada və İsrailin işğalına görə fələstinlilərin ödədiyi hesabdır.
Bu gün İranda da İsrail əleyhinə yürüş təşkil edilib.
Tehran Universitetinə cümə ibadətinə yığışan dindarlar Amerikaya qarşı, Vaşinqtonun səfirliyini Qüdsə köçürmək qərarını pisləyən şüarlar səsləndiriblər.
İraq və Suriyada on minlərlə şiə müsəlman Qüds günü münasibətilə İsrail əleyhinə yürüşlər keçirib.