Accessibility links

Qəzzada etirazlar davam edir


İsrail qüvvələrinin 58 fələstinlini öldürməsi, 2700-dən çox nəfəri isə yaralamasından sonra bu gün də Qəzza zolağında əlavə etirazların olacağı gözlənilir.

Bazar ertəsi 2014-cü ildə İsraillə müharibədən bəri Qəzzada baş verən sərhədlərarası zorakılıqların ən tələfatlı günü olub.

Qəzza rəsmiləri ərazidəki hərbi hədəflərə atılan bombalardan qaçmaq üçün vətəndaşları dağılmağa çağırıb.

Tel-Əvivdə qərargahlanan Haaretz qəzeti bildirib ki, İsrail rəsmiləri militantların bu yaxınlarda etdiyi hücumlara cavab olaraq hava hücumları həyata keçirmək qərarı verib.

Qəzzadakı Səhiyyə Nazirliyi bazar ertəsi 58 nəfərin öldüyünü, 2400-dən çox insanın yaralandığını bildirib. Onların 130-dan çoxunun vəziyyəti “kritik” və ya “ciddi”dir.

Fələstinlilər mayın 15-də 1948-ci ildə baş verən “Nakba,” yəni “faciənin” ildönümünü anırlar.

Həmin gündə 1948-ci il müharibəsində fələstinlilərin qovulmasının və ərəblərlə israillilər arasında sülh danışıqlarının əsas müzakirə mövzusu olan “geri qayıtmaq haqlarının” rədd edilməsinin ildönümü yad olunur.

Etirazlar mart ayının sonunda başlayan nümayişlərin bir hissəsidir. Həmas bu hadisələri “Geri Dönmək Yürüşü”adlandırıb.

Həmas Birləşmiş Ştatlar və İsrail də daxil olmaqla, bir çox ölkə tərəfindən terror təşkilatı kimi tanınır.

XS
SM
MD
LG