Accessibility links

Qəzzada İsrailin hava hücumları nəticəsində iki fələstinli ölüb


Fələstinli həkimlər Qəzza zolağında İsrailin hava hücumları nəticəsində yaralanmış etirazçını klinikaya çatdıdır, 20 iyul, 2018.

Qəzza Səhiyyə Nazirliyinin bildirdiyinə görə, İsrailin Qəzza şəhərinin şərqində hava hücumları iki fələstinin ölümü və bir nəfərin isə yaralanması ilə nəticələnib.

İsrail hərbi qüvvələri İsrail əsgərlərinin atəşə məruz qalmasından sonra “Qəzza zolağında Həmas qrupunun hərbi postlarını” hədəf aldığını bildirib.

Son toqquşma Qəzza zolağında Həmas liderləri və İsrail arasında gərginliklərin azaldılması məqsədilə atəşkəsə dair razılıq əldə etməsindən bir neçə gün sonraya təsadüf edir. Atəşkəs rejimi keçən həftənin sonu İsrail əsgərinin fələstinli snayper tərəfindən qətlə yetirilməsindən sonra pozulub.

İsrailin buna genişmiqyaslı hücumla cavab verməsi İsrail və Həmas arasında yeni müharibənin başlaya biləcəyinə dair narahatlıqların artmasına səbəb olub. İsrail və Həmas 2008-ci ildən bəri üç dəfə müharibə aparıb.

XS
SM
MD
LG