Accessibility links

Qaçqınların seçimi: evdə öl və ya xaricdə əzab çək


Qaçqınların seçimi: evdə öl və ya xaricdə əzab çək
please wait

No media source currently available

0:00 0:02:44 0:00

Qaçqınların seçimi: evdə öl və ya xaricdə əzab çək

Bunlar müharibədən, təqiblərdən və həddindən artıq ağır yoxsulluq şəraitindən qaçmağa çalışarkən ölən naməlum kişilər, qadınlar və uşaqların cəsədləridir.

Onlar Türkiyənin sərhəd bölgələrində və ya insan qaçaqmalçılığı ilə tanınan məşhur Van Gölü yolunun sahillərində sınmış gəmilərin dağıntıları arasında tapılıb.

Taliban qüvvələri Əfqanıstanı ələ keçirdiyi zaman təhlükəyə baxmayaraq, ailələr sərhədlərə axışır və bir çoxları İrana keçərək Türkiyədə sığınacaq axtarır.

Onlar Talibanın nəzarəti altında olan bölgələrdə Əfqanıstan hökuməti və xarici şirkətlərlə əməkdaşlıq edən və ya etnik hazara olaraq tanınan hər kəsin öldürülmə təhlükəsi olduğunu bildirir.

Keçmiş ordu komandanı Fərid Barekzayi deyir ki, Taliban ondan öz sıralarına qoşulmağı istədiyi zaman o, imtina edib. Və ona öldürülmək istəmirsə qaçmağı məsləhət görülüb. O həmçinin əlavə edir ki, "Əfqanıstanda fəlakət yaşanır və getdikcə daha da pisləşir."


Ölkədə baş verən döyüşlər səbəbi ilə bir çox yerdə məktəblər, iş yerləri bağlanıb. Taliban artıq ölkədə İslam qanunlarının ən sərt versiyasını tətbiq edir.

Keçmiş universitet tələbəsi Qasım Yusif bildirir ki, "Taliban tərəfindən çoxlu təhdid və hücumlarla qarşılaşdıq. Universitetimizdən çoxlu dostlarımız və müəllimlərimiz öldürülüb”.

Çox insanın yaşadığı bu mənzildə ailələr, Əfqanıstanda qadınların və qızların artıq Talibanın ölkəni idarə etdiyi 1990 -cı illərdə yaşadıqları kimi yaşadığını söyləyirlər.

Keçmiş xarici dil müəllimi Lena Sadət deyir ki, “İndi belə qadınlar nə bazara, nə də təhsil almağa gedə bilmir. Təhlükəsiz deyil”.


Digər tərəfdən Türkiyəyə qaçan ailələrin nə humanitar yardım nə də ki, hər hansı bir qanuni status almaq imkanı yoxdur.

Getdikcə əsir götürülmə, həbs olunma, döyülmə və daha ağır riskləri artır. Çoxları Türkiyəyə gəldikdən bir müddət sonra deportasiya olunub.

Barekzai və yoldaşları təhlükəsiz şəraitdə olmaq üçün hara gedə biləcəklərini bilmirlər. Buna görə də, İstanbula doğru 1500 kilometr yolu yeriyərək getməyə çalışırlar. O bildirir ki, buradakı vəziyyəti bilsəydi heç gəlməzdi.

Fərid Barekzayi bildirir ki, "Vətənimdə ölsəydim daha yaxşı olardı. Sadəcə olaraq çoxlu təhdidlər var idi. Düşündümki İstanbula getsəm daha yaxşı olacaqdı, lakin təhlükəlidir və ailələr bədbəxtlik və təhqirlə üzləşirlər".

Onların geriyə qayıtmağının mümkün olmadığını bildirir. Hətta bunu etsələr belə oğurlanmaq və həbs olunmaq təhlükəsi ilə qarşılaşacaqlar. İndi onlar yalnız irəliyə gedə bilər.

XS
SM
MD
LG