Accessibility links

Con Kerri: "Əl-Qaidə yaraqlıları qaça bilər, amma bizdən gizlənə bilməzlər"


ABŞ dövlət katibi Con Kerrinin sözlərinə görə, ABŞ-ın Afrikada keçirilən Əl-Qaidəni hədəfə alan iki reydi göstərir ki, Birləşmiş Ştatlar terror aktları həyata keçirənlərin izini buraxmayacaq.

Bu gün regional zirvə görüşü üçün getdiyi İndoneziyada danışan ABŞ diplomatı deyib ki, Əl-Qaidə yaraqlıları “qaça bilər, amma bizdən gizlənə bilməzlər”.

ABŞ Müdafiə Nazirliyinin bildirdiyinə görə, ABŞ xüsusi qüvvələri dünən Əl-Qaidənin yüksək rütbəli əməliyyatçısını Liviyada dalana dirəyəndən sonra, bu gün onu “təhlükəsiz ərazidə” ələ keçirə bilib.

Pentaqonun bəyanatında deyilir ki, president Barak Obama Əbu Anas Əl Libiyə qarşı “uğurlu əməliyyatı” təqdiq edib. Reyd zamanı heç bir amerikalının yaranmadığı deyilir.
XS
SM
MD
LG