Accessibility links

Qaçqın fermerlər [Video]


Qaçqın fermerlər
please wait
Embed

No media source currently available

0:00 0:02:47 0:00

ABŞ-da yerləşən qaçqınların yarıdan çoxu keçmişdə kənd təsərrüfatında çalışmış adamlardan ibarətdir. Onlar özləri ilə fermerlik təcrübələrini gətirərək həyatlarını yeni vətəndə qurmağa çalışırlar.

Çərşənbə axşamı günü hər səhər Dhan Subba və digər qaçqın fermerlər əkdikləri tərəvəzləri təmizləyib ayırırlar.

Mən fermerliklə məşğul olmaq istədim, çünki mən öz ərzağımı yetişdirə və sağlam qidalana bilərəm.

Dhan Subba: “Mən fermerliklə məşğul olmaq istədim, çünki mən öz ərzağımı yetişdirə və sağlam qidalana bilərəm.”

Butan qaçqınları Nepalda qaçqın düşərgələrində 18 il yaşadıqdan sonra altı il əvvəl ABŞ-a köçüblər.

Dhan Subba: “Mən xoşbəxtəm ki, Nepalda əldə etdiyim fermerlik təcrübəmdən burada yararlana bilirəm.”

Subba və dünyanın digər yerlərindən olan qaçqınlar Beynəlxalq Xilasetmə Kommitəsinin Yeni Köklər lahiyəsində iştirak edir. San Dieqoda 10 il əvvəl başlayan proqram şəhər ətrafı ərazilərdə mövcud olan kiçik əkin sahələrindən istifadə edir.Həmin vaxtdan bu lahiyə Virciniya ştatının Şarlottsvil şəhəri də daxil olmaqla 20-dən çox şəhərə yayılıb.

Bir çoxları məhsullarını yerli fermerlər bazarında satmaqla əlavə gəlir qazanırlar.
Bir çoxları məhsullarını yerli fermerlər bazarında satmaqla əlavə gəlir qazanırlar.

Bruk Rey: “Yeni Köklər lahiyəsinin fərqli hissələri var. İlk əvvəl bu, əkinçilik təcrübəsi olan hər kəsin təcürübəsini burada istifadə etməyə imkan verir. Bununla yanaşı lahiyə insanlara qonşuları ilə tanış olmaq, onlarla münasibət qurmaq və evlərinə ərzaq aparmaq şansı yaradır. Bizim hazırda 3.5 hektar ərazimiz var.”

Bu fermerlər fərqli-fərqli tərəvəzlər yetişdirirlər. Bəzi tərəvəzlər Amerikada dükanlarda hələ görünməyib.

Yeni Köklər lahiyəsinin bir hissəsi olaraq qaçqınlar fermerlik və kiçik sahibkarlıq kimi digər təcrübələr qazanırlar.

Biz hər kəsin təcrübəsindən və biliyindən bəhrələnirik və bundan ABŞ-da necə istifadə edəcəyimizi müzakirə edirik. İnsanların çoxu böyük sahələrdə əkinçiliklə məşğul olub.

Bruk Rey: “Biz hər kəsin təcrübəsindən və biliyindən bəhrələnirik və bundan ABŞ-da necə istifadə edəcəyimizi müzakirə edirik. İnsanların çoxu böyük sahələrdə əkinçiliklə məşğul olub. Lakin burada onlar kiçik yerlərlə kifayətlənməlidirlər. Biz həmçinin marketinq, qiymət və mövsümlər barədə danısırıq.”

Qaçqınlar tərəvəzlərini birbaşa restoranlara satırlar.

Adam Spar: “Onların tərəvəzləri qiyamətdir. Görünür ki, onlar çox vaxt sərf ediblər və əkinlərinə sevgi ilə yanaşıblar.”

Onlar həmçinin boş əraziləri həftəlik bazarlara çevirirlər. Beləliklə az gəlirli sakinlər buradan faraş tərəvəzləri ucuz qiymətə ala bilirlər.

Ceyn Rey: “Mən hər həftə gəlirəm. Tərəvəzlər gözəldir və faraşdır. Bunları istifadə etmək üçün kifayət qədər reseptim var. Qiymətlər ucuzdur.”

Qaçqınlar öz işlərindən tamamilə çıxıb əkinçiliklə məşğul ola bilməzlər. Lakin bu lahiyə onlara yeni icmalarında kök salmağa kömək edir.

XS
SM
MD
LG