Accessibility links

"Virtual Könüllü" - Qaçqınlara yardım platforması


Qırmızı Xaç İtaliyada qaçqın və miqrantlara yardım məqsədi ilə ağıllı telefonlara yeni applikasiya yükləyib. Bu applikasiya onları tibbi, psixoloji və qanuni yardımla təmin edəcək.

"Virtual Könüllü" adlanan bu rəqəmsal platforma 2016-cı ildə say baxımından rekord dərəcəyə yüksələn qaçqınları yardımlarla bağlı məlumatla təmin edəcək.

BMT-nin Qaçqın Agentliyinin hesabatında bildirilir ki, dünyada müharibələr, zorakılıqlar və təqiblərə görə didərgin düşən insanların sayı misilsiz dərəcədə artıb.

Bu insanların 3-də 1-ni öz ölkələrində digərgin düşənlər təşkil edir. Qaçqınların ümumi sayı 22.5 milyon təşkil edir ki, bu da misilsiz bir göstəricidir.

İtaliya Avropada miqrant böhranının ön sıralarında yer alır. Bu ölkəyə 100 minlərlə insan quru və dəniz yolu ilə üz tutub.

Təkcə bu ilin başlanğıcından Afrika və Banqladeşdən 70 min insan İtaliyaya sığınıb.

Virtual Könüllü coğrafi xəritə ilə qaçqınlara ərzaq, sığınacaq, tibbi yardım və dil məktəblərinin yerini açıqlayır.

Bu applikasiya qaçqınlar və miqrantlara özlərini insan qaçaqmalçılarından müdafiə məsləhəti verməklə yanaşı, ayrı düşmüş ailələrə biri-birini tapmağa yadım edəcək.

Platformadan artıq Yunanıstan və İsveçdə 30 min adam istifadə edir.

Virtual Könüllü müxtəlif dillərdə informasiyalara malikdir. İtaliyada bu dillərə fransız, ərəb, Yunanıstanda isə fars, dari və ərəb dilləri daxil edilib.

XS
SM
MD
LG