Accessibility links

20 iyun-Dünya Qaçqınlar Günü


BMT-nin Qaçqın Agentliyinin hesabatında bildirilir ki, dünyada müharibələr, zorakılıqlar və təqiblərə görə didərgin düşən insanların sayı misilsiz dərəcədə artıb.

Agentliyin “Qlobal Trend” adlı hesabatında deyilir ki, iyunun 20-də keçirilən Dünya Qaçqınlar Günü ərəfəsində 65.6 milyon insan məcburi köçkündür. Bu, ötən illə müqayisədə 300 min əlavə insan deməkdir.

Bu insanların 3-də 1-ni öz ölkələrində digərgin düşənlər təşkil edir. Qaçqınların ümumi sayı 22.5 milyon təşkil edir ki, bu da misilsiz bir göstəricidir.

Hesabatda deyilir ki, öz ölkəsində hər 113 adamdan biri ya məcburi köckün, ya da qaçqındır. Bu il 10.3 milyon adamın didərgin düşdüyü bildirilir. Bu isə hər 3 saniyədə bir insanın evindən digərgin düşməsinə bərabərdir.

İnsanların kütləvi qaçışına baxmayaraq, evlərinə qayıdanların da sayı az deyil. Belə ki, yarım milyona yaxın insan ötən il ərzində vətəninə qayıdıb.

Suriya siyahıda birinci yeri tutur

Suriya münaqişəsi səbəbi ilə 12 milyon insan, başqa sözlə əhalinin 3-də 2 hissəsi evindən didərgin düşüb. Bu qaçqınların əksəriyyəti Türkiyə, İordaniya, Livan, İraq və Misir kimi qonşu ölkələrdə sığınacaq tapıb.

Əfqanıstan və İraq qaçqın sayı baxımından ikinci və üçünçü yerləri tutur.

Cənubi Sudan qaçqın axını sürətinə görə öndə gedir.

Qaçqınların 84 faizi inkişaf etməkdə olan ölkələrin payına düşür. Onların yarısını uşaqlar təşkil edir.

Hesabatda deyilir ki, 2016-cı ildə 2.8 milyon uşaq üçün zəngin ölkələrə sığınacaq üçün müraciət edilib. Valideynlərindən ayrı düşən 75 000 uşağın özləri sığınacaq istəyib.

Ötən il Almaniyaya 722 400 nəfər müraciət edib. ABŞ isə sığınacaq almaq üçün müraciət baxımından ikinci yerdədir. Bu ölkəyə 262 min adam anket təqdim edib.

XS
SM
MD
LG