Accessibility links

Amerikalı ekspertlər geyim tərzinin professionallıq və nüfuz üçün vacib olduğunu deyirlər


Amerikalı ekspertlər geyim tərzinin professionallıq və nüfuz üçün vacib olduğunu deyirlər
please wait

No media source currently available

0:00 0:03:20 0:00

Amerika Birləşmiş Ştatlarının Vətəndaş Azadlıqları Birliyinə əsassən, Amerikada “məktəb geyim kodu”, yəni məktəb forması qanunidir. Ancaq bir çox tələbə bunun qadınlara qarşı ayrıseçkilik olduğunu və stereotipləri gücləndirdiyini hesab edir.

Milli Təhsil Statistikaları Mərkəzinnin bildirdiyinə görə, 2015-16-cı tədris illərində dövlət məktəblərinin 53 faizi şagirdləri geyim qaydalarına riayət etməyə məcbur edib. Lakin ABŞ-da və dünyanın bəzi ölkələrində bəzi gənc qadınlar geyim kodunun ədalətsiz şəkildə kişilərdən daha çox qadınları hədəf aldığını deyir.

Texas məktəbinin yuxarı sinif şagirdləri 2018-ci ildə məktəb formasını nümayiş etdirən videoya etiraz edərək, burada yalnız qızların qanunu pozduğu göstərildiyini deyib. Flouver Mounddakı “Markus” məktəbinin rəsmiləri bu videonun hiddətə səbəb olduğuna görə üzr istəyib.

Bu günlər gənc qadınların çoxu onların necə geyinməli və necə görünməli olduqlarına dair fikirlərə qarşı çıxır. Nyu-York ştatının Kornel Universitetinin bir tələbəsi onun şortikinə qarşı şikayətə cavab olaraq etirazını alt paltarında edib. İllinoys universitetindən Adrien Dikson: “Birləşmiş Ştatlarda tarixən qadın tələbələr hədəf alınır. Ona görə ki, qadınlar üçün məqbul görünüş haqda məhdud təsəvvürlər var. Odur ki, bizdə qadınların geyiminə nəzarət etmək tendensiyası mövcuddur."

Kornell Universitetinin tələbəsi Letitia Çey 2018-ci ildə etirazı öz videosunu Facebook-a yerləşdirməklə edib. “Gəlin şəfqət hissi ilə bir araya gələk, çünki bu mövzu bizim sosial kimliyimizi tərənnüm edir və varlığımızın kökünə toxunur. Çünki mən təkcə Asiyalı deyiləm. Mən təkcə qadın deyiləm” deyə, Letitia Çey bildirir.

Adrien Dikson: “O, diqqəti yalnız bu yolla çəkə bilərdi. Mən də belə edə bilərdimmi? Yəqin ki, yox.”

Təhsil almaq üçün Amerikaya Koreyadan gələn Letitia Çey deyir ki, qadınlardan geyim kişilərə uyğnlaşmaq üçün tələb olunur.

Amerikalıların geyim tərzi üzrə ekspert Co Paoletti problemin genderdən daha çox geyim tərzi ilə əlaqədar olduğunu deyir. “Fikrimcə, o buna çox şəxsi və dar nəzərlə yanaşır. Kişilər də saç düzümü, əyinlərindəki düşük şalvarlar kimi şeylərə görə hədəf alınır və bunların da çoxuna irqi məsələ kimi baxılır.”

Çeyin etirazı dünya boyu artan müzakirələrin bir hissəsidir. 2011-ci ilin dekabr ayında Cənubi Afrikanın Yohannesburq şəhərində iki qadına mini ətək geyindikləri üçün hücum edilıb. Aylar sonra yüzlərlə Cənubi Afrikalı cinsi təcavüzə etiraz olaraq “Mini ətək yürüşü”ndə iştirak edib. Afrika Milli Konqresindən Miranda Komane: "Əgər şalvar və ya ətək geyinən qadınları seks obyekti kimi görmək istəyirsinizsə, nə olursa olsun qadınları seks obyekti olaraq görəcəksiniz. Bunun geyimlə heç bir əlaqəsi yoxdur. Bunun mini ətəklə ilə heç bir əlaqəsi yoxdur. "

Lititia Çeyin canlı videosunu görənlər onun etirazdan çox uzağa getdiyini deyir. Təhsil və biznes üzrə ekspertlər bütün fikirləri rədd edərək, geyim tərzinin professionallıq və nüfuz üçün vacib olduğunu deyirlər.

Digərləri isə qadınların mühakimə edilmədən istədikləri şəkildə geyinmək hüququ haqda debatları davam etdirməsini alqışlayır.

(

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG