Accessibility links

Qadın haqqlarına həsr olunmuş sərgi

2020-ci ildə Amerikalı qadınların səsvermə haqqını əldə etməsinin 100 ili tamam olur. Bu səbəblə Vaşinqtonda yerləşən Milli Arxiv Muzeyi “Amerikalı Qadın və Səsvermə” adlı sərgi keçirir. Sərgi bu ilin may ayından etibarən, 2021-ci ilin əvvəlinə kimi davam edəcək. 2 il ərzində sərginin 13 milyon ziyarətçiyə təqdim olunması gözlənilir. Bu tarixi hadisə Amerikanın bir neçə muzeyində xatırlanacaq. Milli Arxiv Muzeyi bu mövzuda 1600-ə qədər mini-sərgi, mühazirə keçirəcək.

Sərgi amerikalı qadının səsvermə haqqını əldə edənə qədər qarşılaşdığı çətinliklərdən tutmuş, müasir dövrdəki qadınların qarşılaşdıqları haqsızlıqlara qədər, bir çox sosyal məsələni ələ alır. Amerika tarixində önəmli işlərə imza atan aktivist qadınların xatirəsini yad edir. Səsvermə hüququ olmayan qadınların üzləşdiyi problemlər haqda danışılır. Ziyarətçilər bu qadınlardan bir neçəsinin həyat hekayəsi ilə tanış olacaq. Bu qadınlardan biri Emili Barbaradır. O məktəbdə müəllimə olub. 1789-cu ildə Emili Amerika Konqresinə məktub göndərib. Məktubda bildirib ki, hər il kişi həmkarları ilə eyni məbləğdə vergi ödəsə belə, maaşı kişilərin maaşından 3 dəfə azdır. Emili kimi yüzlərlə qadının etirazından sonra 1920-ci ildə “Amerika qadınlarına səsvermə hüququ” ABŞ Konstitusiyasına əlavə olunub. Beləliklə, ABŞ-da dövlətin kişilərə verdiyi hüquqlardan qadınlar da bəhrələnə bilib.

Bu sərgi tarixi faktları yada salaraq müasir dövrdə də qadınları haqsızlıqlara qarşı etiraz etməkdən çəkinməməyə çağırır. Bu səbəblə də Amerikada və dünyanın hər yerində onların qarşılaşdığı problemlərə xüsusi diqqət yetirilib. Qadına şiddət, iş yerində ayrıseçkilik, siyasi bərabərhüquq, kişi və qadınların gəlirindəki qeyri-bərabərlik kimi mövzülara aid özəl guşələr qurulub.


Daha çox yüklə

XS
SM
MD
LG