Accessibility links

BMT: Əsasən də müxtəlif irqlərdən olmaqla, qadınlar yüksək işsizlik problemləri ilə üzləşir


BMT: Əsasən də müxtəlif irqlərdən olmaqla, qadınlar yüksək işsizlik problemləri ilə üzləşir
please wait

No media source currently available

0:00 0:02:28 0:00

Bir əsrdən çoxdur ki, Beynəlxalq Qadınlar Günü-ndə dünyada qadınların gender bərabərsizliyinə qalib gələrək, əldə etdikləri uğurlar qeyd olunur. Bu il isə Beynəlxaıaq Qadınlar Günü isə BMT, xüsusilə də müxtəlif irqlərdən olan qadınların, yüksək işsizlik problemləri ilə qarşılaşdıqlarını bildirdiyi vaxta təsadüf edib.

BMT-nin bildirdiyinə görə, COVID-19 pandemiyası dövründə işsizlik artsa da, iqtisadi təsirlər qadınlar üzərində xüsusilə sərt olub. BMT-nin baş katibi Antonio Quterres: “Səhiyyə işçilərinin 70%-ni təşkil edən qadınlar pandemiyadan ən çox təsirlənənlər və onunla mübarizə aparanlar arasındadır. Keçən il məktəblərin bağlanması və evdən işləmək kimi ağır yüklər qadınların gender bərabərsizliklərini kəskin şəkildə artırıb. ”

BMT-nin hesablamalarına görə, qadınlar arasında məşğulluq təxminən 5%, kişilər arasında isə 3.9% azalıb. “Analar və uşaqlar yemək üçün bir şeyləri olmadığını deyirdi. Bu mənim ürəyimi parçaladı. Niyə? Çünki mən özüm bunu yaşamışam və bir ana kimi heç olmasa övladlarım acından ağlamasınlar deyə, onlara bir şey, hətta bir konfet və ya çörək belə verə bilməmişəm” - deyə, Kolumbiyalı fermer qadın bildirir.

Müxtəlif irqlərdən olan qadınların karyeralarını təbliğ edən platformanın icraçı direktorunun dediyinə görə, ABŞ-da iş itkiləri qaradərili və latın-amerikalı qadınlar arasında xüsusilə çox olub. Minda Harts: “Mehmanxana və restoran kimi bizneslər qara və tündqərili qadınların çox işlədiyi sahələrdir. Beləliklə, 2020-ci ildə bu sahələrin çoxuna ciddi şəkildə zərər dəydiyini başa düşdük. Bu da o deməkdir ki, bu orada işləyən qadınlara da təsir etdi və onlar artıq işləmir.”

İqtisadi çətinliklərlə və məktəblər bağlı olduğuna görə uşaqların yükünü çiyinlərinə almalarına baxmayaraq, dünyanın hər yerində qadınlar bacarıqlarından istifadə etməyin və başqalarına ilham verməyin yollarını tapır. "Oğlum mənə "ana gəl məhsuldar bir şey edək. YouTube kanallarında çox şey görürsən, lakin onlar heç nə öyrətmir. Gəl əkinçilik və ya başqa bir şey öyrədək. Onlara ümid verək" dedi."

“Biz qadınların güclü olduğuna və dəyişiklik edə biləcəyinə inanırıq. Bizim də bacarıqlarımız var və kişilərlə yanaşı işləyə bilərik” deyir, iraqlı Niga Məhəmməd.

2021-ci ilin Beynəlxalq Qadınlar Gününün mövzusu "Meydan Oxumağı Seç"dir ki, bu da gender-bərabərliyinin daha yüksək olduğu bir dünyaya çağırışdır. Qlobal miqyasda bir çox qadın üçün ən böyük problem pandemiya dövründə ayaqda qalmağın yolunu tapmaq ola bilər.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG