Accessibility links

Qadın jurnalistlər Talibanın onları dövlətə məxsus media orqanlarından kənarlaşdırdığını bildirir


Əfqanıstanda dövlət yayımçısında işləyən azı iki qadın jurnalist Talibanın onlara işləməyə icazə vermədiklərini deyib.

Taliban ötən bazar günü Kabilə daxil olandan bəri hökumət idarələrinin, o cümlədən dövlətə məxsus medianın nəzarətini ələ keçirib.

Milli Radio Televiziya Əfqanıstan (RTA) yayım şirkətinin jurnalistləri işə gəldiyinində qadınların bəzilərinə binaya daxil olmalarına icazənin olmadığı bildirilib.

RTA-nın xəbər bülletenin aparıcısı Şəbnəm Xan Dəvran internetd yerləşdirdiyi videoda bildirib ki, onun kiçi həmkarlarına binaya daxil olmaya icazı verilsə də, o geri göndərilib.

“Mənin ofis kartımımım olmağına baxmayarq mənim daxil olmağıma icazə vermədilər. Ofis kartları olan kişi işçilər ofisə girə bildilər, amma mənə sistem (hökumət) dəyişdiyi üçün işimi davam etdirə bilməcəyimi dedilər,” altı il jurnalistika sahəsində çalışan Dəvran videoda bildirib.

RTA-nın bir digər aparıcısı Xədixə Amin özəl TOLONews kanalına bildirib ki, ona və onun başqa həmkarlarına çərşənbə axşamı ofisə daxil olmağa icazə verməyiblər.

Amin deyib ki, onlar Talibanın təyin etdiyi yeni direktorla danışıblar və o da onlara qrupun yaxında onların işləyə bilib-bilməyəcəkləri ilə bağlı qərar verəcəyini deyib.

O əlavə edib ki, Taliban RTA-nın proqramlarını dəyişib və artıq “qadın aparıcı yoxdur.”

RTA-də işləyən bir jurnalist deyib ki, o, keçmiş həmkarlarına görə narahatdır.

“Təəssüf ki, biz Talibanın dövrünə geri qayıdırıq. Mən həmkarlarımın təhlükəsizliyinə görə narahatam,” adının açıqlanmasını istəməyən jurnalist Amerikanın Səsinə bildirib.

Taliban hakimiyyəti ələ keçirəndən bəri keçirdiyi ilk mətbuat konfransında bildirib ki, qadın hüquqları Şəriət qanunları çərçivəsində qorunacaq. Qrupun sözçüsü həmçinin bildirib ki, ədalətli olduğu və milli birliyi təbliğ etdiyi təqdirdə medianın azad faəliyyətinə icazə veriləcək.

Lakin bir çox jurnalist və media hüquqları təşkilatları buna ehtiyatla yanaşırlar Almaniyanın ictiami yayımçısı Deutsche Welle (DW) bildirib ki, Taliban döyüşçüləri bu həftənin əvvəlində onların müxbirlərini axtardığı zaman onun qohumlarından birini öldürüb.

“Bu qətl ağlasığmaz dərəcədə faciəvidir və işçilərimiz və ailələrinin Əfqanıstanda üzləşdikləri təhlükəni əks etdirir,” DW-nin baş direktoru general Piter Limburq cümə axşamı bildirib.

Taliban DW-nin jurnalistinin ailəsinə hücumla və ya qadın jurnalistlərin dövlət mediasına buraxılmaması ilə bağlı ictimai şəkildə şərh verməyib. Onlar daha öncə jurnalistlərin özəl media orqanlarında çalışmaqda azad olduqlarını, dövlət media orqanlarına isə Talibanın nəzarət edəcəyini bildirmişdilər.

Amerika İcmalı

Amerika İcmalı - 11 Sentyabr hücumlarının 20-ci ildönümü
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG