Accessibility links

Qəddarlıq və korrupsiya ilə mübarizə aparan qadınlar


Qəddarlıq və korrupsiya ilə mübarizə aparan qadınlar
please wait

No media source currently available

0:00 0:03:32 0:00

Qəddarlıq və korrupsiya ilə mübarizə aparan qadınlar

İki sənədli filmdə qəddarlıq və korrupsiyaya qarşı çıxan qadınlardan danışılır.

Gecə yarısı yezidi könüllülərindən ibarət bir qrup Suriyanın şimal-şərqindəki Əl-Hol qaçqın düşərgəsinə gizlicə girərək, İŞİD tərəfdarları tərəfindən oğurlanan “sabayalar” kimi tanınan yezidi qız və qadınları azad edir. İslam Dövləti qrupunun süqutundan sonra bu düşərgə həm İŞİD tərəfdarları, həm də onların qurbanlarının məskunlaşdığı yer olub. Bir tərcüməçi vasitəsi ilə danışan rejissor Hogir Hirori deyir ki, o bu təhlükəli bölgəyə “Sabaya” sənədli filmini çəkmək üçün həm tapanca, həm də kameralarla silahlanmış insanlarla birlikdə gəlib. “Ən çətin şeylərdən biri qızları tapmaqdır, çünki İŞİD onların yerlərini tez-tez dəyişir.”

İsveçə qaçan etnik kürd Hirori deyir ki, yardım etmək üçün düşərgəyə gizlicə girməyə cəsarət edən keçmiş ”sabaya” qadınları olmasaydı, girov saxlanan qadınları tapmaq qeyri-mümkün olardı.

“Sabaya” filmində girov götürülən qadınların düşərgədə anadan olan uşaqları və körpələri ilə birlikdə azad edilməsini görürsən. Həmin qadınlardan bir çoxu ailələrinin onları qəbul etməməsindən qorxurdu. Lakin Hirori könüllülərin yardımı ilə bu travma almış qadınların çoxu yavaş-yavaş həyata qayıdır və başqalarını qurtarmağı qarşılarına məqsəd qoyduğunu deyir. “Keçən ay baş verənləri nəzərdən keçirək. Gita ilə başlayırıq. O, 23 hekayə danışdı və hamısı internetdə paylaşıldı” - deyə, Mira bildirir.

“Odla yazıram” sənədli filmindəki 32 yaşlı Mira Hindistanın Uttar Pradeş ştatında qadınların nəşr etdiyi yeganə “Xabar Lahariya“ qəzetinin baş müxbiridir.

“Bizim qarşılaşdığımız şey iki ecazkar qüvvənin bir araya gəlməsi idi. Onlardan biri ən qəddar və ədalətsizlik sistemini məhv edən Dalit qadınları, digəri isə internetin gücü idi” - deyir, rejissor Rintu Tomas.

Filmin rejissorları Rintu Tomas və Suşmit Qoş məşhur "Atəşlə yazıram" sənədli filmindəki Dalit qadınların Hindistanın sərt-xətt sisteminə necə meydan oxuduqlarından danışır. "Demək istərdim ki, yüksək təbəqədən olan kişi üçün Dalit qadını tualet təmizləyən bir qadın idi. Lakin mobil telefonu olan bir qadının onlara sual verməsi kimi hallarla qarşılaşdıqda, onlar nə deyəcəyini bilmir. Əslində onlar çaşqınlıq içindədirlər.”

Filmdə bu qadınlar vəzifədə olan kişilərə təcavüz, korrupsiya və azlıqlara qarşı zülmlərlə bağlı sərt suallar verir. Bu qadınlardan bəziləri yalnız orta təhsil, bəziləri isə jurnalistika üzrə təhsili alıb. Bir çoxu ana və həyat yoldaşıdır. Məsələn, Mira 14 yaşından bəri ev işləri ilə məşğul olur. Filmin rejissorları Uttar Pradeşdəki patriarxal Hindistan sisteminə baxmayaraq, bu qadınları ərləri və atalarının dəstəklədiyini deyir. Onlar evə çörək gətirən qadınlardır.

((Sushmit Ghosh, Rintu Thomas, Filmmakers “Writing with Fire”)) ((Skype))

“Bu onların gündəlik həyat tərzidir: bir neçə saat qatarda gedirsən, sonra avtobusa minirsən, sonra rikşaya, sonra da xəritədə adı belə olmayan kəndə çatmaq üçün təxminən iki-üç saat ayaqla gedirsən. Elə bu yol özü sizi yıxa bilər.”

Mobil kameralarla silahlanmış bu qadınlar sərhədlər aşır. Onlar güclü, qürurlu və qorxmazdırlar.

XS
SM
MD
LG