Accessibility links

Qadınların seçki hüquqlarının müdafiəsi davam edir


Qadınların seçki hüquqlarının müdafiəsi davam edir
please wait

No media source currently available

0:00 0:02:44 0:00

Yüz il əvvəl avqust ayında ABŞ konstitusiyasının 19-cu maddəsinə düzəliş edilməklə qadınlara səsvermə hüququ verildi. 1878-ci ildə Konqresə təqdim edimiş dəyişikliyin təsdiq edilməsi və ştatların dörddə üçü tərəfindən qəbul edilməs üçün 40 ildən çox vaxt tələb olundu.

19-cu əsrin sonu 20-ci əsrin əvvəllərində feministlər uzun və çətin bir mübarizədən sonra ABŞ-da qadınların seçki hüquqlarını müdafiə edirdilər. Qadın Hüquqları Milli Tarix Parkının müdiri Andrea Dekoter: "Bu qadınlara qarşı nifrət var idi, onlara istehza ilə yanaşırdılar."

Seçki hüququ uğrunda mübarizə 1848-ci ildə Nyu-Yorkun Seneka Falls şəhərindəki bir kilsədə keçirilən ilk qadın hüquqları konvensiyasında başladı. Konvensiyanın nümayəndələri səs vermək hüququ da daxil olmaqla, kişilərlə bərabərliyə çağıran sənəd hazırladı. "Onlar `bütün kişilər və qadınlar bərabər yaradılıb` dedilər. Müstəqillik Bəyannaməsinə istinad edərək, qadınları da oraya əlavə etməklə çox əhəmiyyətli bir dəyişiklik etdilər" - deyə, Andrea Dekoter bildirir.

70 ildən çox bir müddətə seçki hüququ uğrunda mübarizə aparan ağ qadınlar, qaradərili qadınların hərəkata qoşulmasını müsbət qarşılamırdı. Cons Hopkins universitetinin professoru Marta Cons: "Lakin özlərinin qurduqları təşkilatlar, quldarlıqla mübarizə cəmiyyətləri, kilsə konfransları, vətəndaş hüquqları təşkilatlarında afrikalı-amerikalı qadınlar iki əsr boyu öz qadın hərəkatlarını inkişaf etdirib."

20-ci əsrin əvvəllərində qadınların rolları dəyişdikcə yeni nəsil qadınlar mübarizəni davam etdirirdi. Onlar etirazlarını nümayişlər keçrməklə və aclıq aksiyaları təşkil etməklə göstərirdi. Qadın Seçki Hüququ üzrə mütəxəssis Ellen Kerol Dubois: “Onlar nahar fasiləsi zamanı fabrik qarşısında kişilərin toplaşdığı yerdə çıxışlar edir və o qədər də aydın olmayan nitqləri ilə kişilərin auditoriyasını birləşdirmək üçün qadınların səsvermə hüququnun müdafiəsinə çağırırdılar."

Prezident Vudro Vilson 1918-ci ildə mövqeyini dəyişdikdən və düzəlişi dəstəklədikdən sonra bu qanun iki il sonra təsdiq edildi.

Bir əsr sonra belə xüsusən də qaradərili qadınlar olmaqla, bir çox qadın səsvermək üçün məhdudiyyətlə qarşılaşır. Tərəfdarların bildirdiyinə görə, bu kimi qeyri-bərabərliklər 1923-cü lidə qadın seçki hüquqları müdafiəçilərinin ilk dəfə irəli sürdüyü Bərabər Hüquqlara dair düzəliş vasitəsilə həll edilə bilər. Feminist Çoxluğu Fondunun prezidenti Eiianor Smeal: “Siz cinsiyyət zəminində görə ayrı-seçkilik edə bilməzsiniz. Və bu, federal hökumət və onun bütün siyasətinə və 50 ştata aid olmalıdir."

Bərabər Hüquqlara Dair Düzəlişin gələcəyi qeyri-müəyyəndir. Lakin səs vermək uğrunda mübarizə aparan qadınlar kimi, bunun müdafiəçiləri mübarizəni davam etdirəcəklərini deyirlər.

XS
SM
MD
LG