Accessibility links

Qadınların təhlükəsizliyini təmin edəcək cihaz 


Qadınların təhlükəsizliyini təmin edəcək cihaz
please wait

No media source currently available

0:00 0:01:56 0:00

Evdə və ya çöldə olmağından asılı olmayaraq, dünyanın müxtəlif yerlərində yaşayan qadınlar özlərinin fiziki təhlükəsizliklərindən narahardırlar. Yeni Dehlidən olan bir startapın icad etdiyi saat qadınlara özlərini daha təhlükəsiz hiss etməyə kömək edəcək.

Bu adi elektron saata bənzəyir. Lakin Leaf Wearables şirkətinin hazırladığı Safer Pro adlı bu saat qadınların həyatını xilas edir.

Manik Mehta, Təsisçi, Leaf Wearables: “Üzərindəki qırmızı düyməni basdıqda o, yaxın insanlarına SMS və ya İnternet xəbərdarlığı göndərir.”

Təsisçi Manik Mehta deyir ki, bu cihaz, rəqəmsal təcili müdafiə xəttidir. Qırmızı düyməni basıb saxlayaraq saat, öncədən müəyyən edilmiş beş nəfərə sənin təhlükədə olduğunuz haqqında xəbərdarlıq göndərir.

Manik Mehta: “Məqsəd təhlükə anında hər kəsi məlumatlandırmağa kömək edəcək cihaz hazırlamaq idi.”

Ən əhəmiyyətlisi odur ki, ehtiyac duyulan zaman telefonu götürüb, zəng etməyə ehtiyac yoxdur. Bir dəfə düyməyə basmaq kifayətdir. Bununla bərabər, Safer Pro səs də yazır.

Manik Mehta: “Bu audio sənin qeyd etdiyin beş nəfərin hər birinə göndərilir ki, onlar vaxtında köməyə gələ bilsinlər. Həm də səs yazısı sübut kimi istifadə edilə bilər.”

Anu Cain, Təsisçi, Anu və Navin Cain Qadınların Təhlükəsizliyi Mükafatı: “Rüşvətin geniş yayıldığı ölkələrdə bu cür cihazlar həyatlar xilas edə bilər. ”

Safer Pro bazarda mövcud olan yeganə texnoloji təhlükəsizlik cihazı deyil. Amma bu cihaz Qadınların Təhlükəsizliyi Mükafatından maliyyə vəsaiti qazanmağa müvəffəq olub.

Manik Mehta: “Asiya ölkələrində sistem əsasən 2G ilə, bəzi yerlərdə isə 3G ilə çalışır. Ona görə də, əgər sistem bütövlükdə 2G ilə çalışırsa, cihaz da ona müvafiq olmalıdır. Bu qədər sadə.”

Qiyməti cəmi 40 dollar olan bu cihaz nəticəsində sizə hücum etmək istəyən insan iki dəfə düşünməli olacaq.

Anu Cain: “Bu cihaz geniş ictimaiyyətə təqdim edilən kimi, insanların düşüncə tərzini dəyişdirməyə başlayacaq. Bu cür cihazlar sayəsində insanlar biləcəklər ki, kiməsə hücum etsələr bunun ağır fəsadları olacaq.”

Mehta deyir ki, bu cihaz dünyanı daha təhlükəsiz edəcək.

Manik Mehta: “Biz qadınların 80 faizinin təhlükəsizliyi təmin edə bilsək, bu yaxşı bir başlanğıcdır. Evdə oturub, bütün dünyanı söyməkdən daha yaxşıdır.”

XS
SM
MD
LG