Accessibility links

Qadınlar ÜDM-ni 25 faiz artıra bilər


Masallıda yerli fabrikanın sahibi Göyçək Ələsgərova (UNDP Azerbaijan)

“Bütün dünyada olduğu kimi, Azərbaycanda da əmək müqaviləsiz işləyən qadınların sayı kişilərdən daha çoxdur”.

BMT-nin İnkişaf Proqramı, Ailə, Qadın və Uşaq Məsələləri üzrə Dövlət Komitəsi, BMT-nin Əhali Fondu, İsveçrənin Azərbaycandakı səfirliyi tərəfindən Azərbaycanda aparılmış sosioloji araşdırmanın nəticələri belədir.

“Turan” xəbər verir ki, sənədə görə, qadınlar ödənişsiz məişət işləri ilə 2.5 dəfə daha çox məşğuldurlar. Qadınlar həm də kişilərdən 23% az əmək haqqı alırlar.

“Son 5 ildə Azərbaycanda öz biznesini qurmuş qadınlar dairəsi genişlənib. 2012-2017-ci illər ərzində belə qadınların sayı iki dəfə artaraq, 145 min nəfərdən artıq olub. Bununla belə, özəl sektorda gender bərabərsizliyi davam edir, baxmayaraq ki, təhsil, səhiyyə, qanunvericilik sahəsində cinsi bərabərhüquqluluqda uğurlar var”, - araşdırmada yazılır.

Araşdırma göstərir ki, Azərbaycanda gender bərabərsizliyini aradan qaldırmaqla iqtisadi potensialını xeyli artırmaq mümkündür. Qadınlar kişilərlə bərabər şəkildə işləsələr, 2025-ci ilə qədər ölkənin ümumi daxili məhsulu 25% - 12 mlrd. dollar arta bilər.

BMT-nin İnkişaf Proqramı Azərbaycana qadınların şəxsi biznesə cəlb olunması üçün imkanları genişləndirməyi təklif edir.

XS
SM
MD
LG