Accessibility links

Qadınlar kişilərdən nə üçün daha uzun yaşayır?


Yeni məlumatlara əsasən, dünya boyu qadınlar orta hesabla kişilərdən 4.4 il daha çox yaşayır, çünki onlar daha tez-tez həkimə gedir və sağlamlıqlarına daha məsuliyyətli yanaşır.

Ümumdünya Səhiyyə Təşkilatının 2019-cu ilə aid Statistikaya Baxış hesabatına əsasən, dünya boyu qadınlar kişilərdən daha uzun yaşasa da, onların gözlənilən orta ömür həddi ana ölümləri səbəbilə kəskin azalır. O deyir ki, bu, hələ də zəngin və yoxsul ölkələr arasında səhiyyə sahəsində mövcud olan böyük fərqi vurğulayır.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, tibbi xidmətlərə çıxışın az olduğu yoxsul ölkələrdə hər 41 qadından 1-i hamiləlik sırasında və ya doğuşdan qısa müddət sonra ölür. Müqayisədə isə zəngin ölkələrdə bu göstərici hər 3330 qadındar biridir.

Samirə Əsma Ümumdünya Səhiyyə Təşkilatının məlumat və təhlil şöbəsinin müdir müavinidir. O deyir ki, kişilər qadınlardan daha tez ölür, çünki onlar qadınlar qədər sağlamlıqlarının qayğılarına yaxşı qalmır. Bundan əlavə onlar daha böyük risklərlə üzləşirlər.

“Bir çox halda kişilər səhiyyə xidmətlərindən qadınlardan daha az istifadə edir. Onların hər hansı xəstəliyə yoluxduqları halda müalicə olmaq ehtimalları azdır. Bundan əlavə kişilərin qarşısı alına və müalicə alına bilən yoluxmayan xəstəliklərdən, habelə yol qəzalarından ölmək ehtimalı daha yüksədir”, Əsma deyib.

Ölüm hallarının əsas səbəbi

Bəyanatda bildirilir ki, kişilərin əsas 40 ölüm səbəblərindən 33-dən ölmə riski qadınlardan daha yüksəkdir. Məsələn, kişilər qadınlardan daha çox siqaret çəkir və spirtli içki içir. Hesabatda həmçinin dünya boyu intihardan ölüm halları kişilərdə qadınlardan 75 faiz daha yüksəkdir.

Əsma deyir ki, yoluxucu olmayan xəstəliklər aşağı və orta gəlirli ölkələrdə artmaqdadır, xüsusilə də Afrikada. Onun sözlərinə görə, buna tütündən və alkoqoldan istifadə və qeyri-sağlam qidalanma kimi risk amillərinin artması səbəb olub.

“Yoluxucu olmayan xəstəliklərin əsas səbəbləri arasında ürək-damar və işemik ürək xəstəlikləri və arterial hipertenziya yer alır. Arterial hipertenziya müalicə oluna bilsə də, bu risk faktoruna diqqət ayırılmır”, o deyib.

Əsma deyir ki, yoluxu olmayan xəstəliklərlə bağlı statistika ilkin tibbi-sanitariya yardımının vacibliyini vurğulayır. O deyir ki, bu cür müəssisələrdəki insanlar lazım olan dərman və müalicələr alır. Asma həmçinin qeyd edir ki, ilkin tibbi-sanitariya yardım aıan insanlara tez ölümə gətirib çıxarana risk amilləri barədə maarifləndirilir.

XS
SM
MD
LG